251) Siklodol Haloperidolun hansı təsirin aradan qaldırır?
A) Yuxugətirici
B) Qusma əleyhinə
C) Dərman parkinsonizmi
D) Sedativ
E) Antipsixotik
Haloperidoldan istifadə edərkən parkinson xəstəliyinin əlamətləri meydana çıxa bilər onu aradan qaldırmaq üçün parkinsonizm əleyhinə maddələr və əsasən də siklodol təyin olunur
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 187
252) Bunlardan hansı trankvilizatorlara aiddir?
A) Xlorpromazin (Aminazin)
B) İmipramin (İmizin)
C) Fenazepam
D) Etosuksimid (Suksilep)
E) Kalium-bromid
Fenazepam güclü trankvilizəedici təsirə malikdir. Nevrozların, qorxu, həyəcan və narahatlıqla müşayət olunan əsəb xəstəliklərinin müalicəsində istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 189
Dostları ilə paylaş: |