263) Kofein hipertenziv olmaqla yanaşı daha hansı təsirə malikdir?
A) Qusdurucudur
B) Analeptikdir
C) Hemostatikdir
D) Neyroleptikdir
E) Koaqulyantdır
Kofein həmçinin analeptik təsirə malikdir. Uzunsov beyində tənəffüs və damar-hərəkət mərkəzlərinə oyandırıcı təsir göstərməklə orqanizmin mühüm həyatı funksiyalarını (tənəffüsü, qan dövranını) gücləndirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 195
264) Kofein yuxu dərmanlarına və narkotik maddələrə necə təsir edir?
A) Onları parçalayır
B) Heç bir təsir göstərmir
C) Onlarla çətin həll olan birləşmə əmələ gətirir
D) Onların təsirini gücləndirir
E) Onların təsirini zəiflədir
Kofeinin MSS-ə göstərdiyi stimullaşdırıcı təsir nəticəsində əqli və fiziki iş qabiliyyəti yüksəlir, yorğunluq və yuxuya meylik aradan qalxır. Yuxu dərmanlarının və narkotik maddələrin təsirini zəiflədir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 195
Dostları ilə paylaş: |