433) Podaqra xəstəliyi hansı mübadilənin pozulması nəticəsində əmələ gəlir?
A) Zülal
B) Purin
C) Yağ
D) Aminturşusu
E) Pirimidin
Podaqra xəstəliyi zamanı qan plazmasında sidik turşusunun miqdarı artır.Buda sidik turşusu duzlarının oynaq nahiyələrində toxumalarda, çökərək duzlaşma əmələ gətirməsinə səbəb olur,oynaqların hərəkəti çətinləşir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 416
434) Podaqranın kəskin tutmalarında spesifik dərman maddəsi kimi hansı alkaloiddən istifadə olunur?
A) Atropin
B) Morfin
C) Spazmolitin
D) Papaverin
E) Kolxisin
Kolxisin kəskin tutmalar zamanı ağrını, iltihabı aradan götürür.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 417
Dostları ilə paylaş: |