443) Steroid quruluşlu iltihab əleyhinə preparat hansıdır ?
A) Dekzametazon
B) İbuprofen
C) İndometasin
D) Asetilsalisil turşusu
E) Naproksen
Dekzametazon təbii qlükokortikoidlərin sintetik əvəz edicilərindən biridi.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 378
444) Qeyri-steroid quruluşlu iltihab əleyhinə vasitələrin əmələ gətirdiyi mənfi təsir hansıdır?
A) Osteoporoz
B) Avitaminoz
C) Mədə-bağırsaq qanaxmaları
D) Asidoz
E) Hiperqlikemiya
Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman maddələrinin hamısı mədə-bağırsaq sisteminin selikli qişasına güclü qiciqlandırıcı təsir göstərir.Ona görə də onlardan uzun müddət istifadə etdikdə mədə və 12 barmaq bağırsaq xorası törədə bilərlər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 412
Dostları ilə paylaş: |