537) Bitə qarşı istifadə edilməyən vasitə hansıdır?
A) Kükürd məlhəmi
B) İtaks
C) Fenotrin (Anti-Bit)
D) Pedilin
E) Permetrin (Nittifor)
Kükürd məlhəmi qoturluğun müalicəsində istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 542
538) Tetrasiklin qrupundan olan antibiotiklərin təsir mexanizmi nədən ibarətdir?
A) Mikrob hüceyrələrində RNT sintezinə pozucu təsir göstərir
B) Mikrob hüceyrəsi divarının biosintezini pozur
C) Mikrob hüceyrələrində zülal biosintezini tormozlayır
D) Mikrob hüceyrələrində DNT sintezinə pozucu təsir göstərir
E) Mikrob hüceyrəsinin sitoplazmatik membranının keçiriciliyini pozur
Bunların təsir mexanizmi ribosom səviyyəsində mikrob hüceyrəsində zülalların biosintezinə tormozlayıcı təsir göstərməyə əsaslanır
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 477
Dostları ilə paylaş: |