619) İsitməotunun otundan hansı dərman forması hazırlanır?
A) Liniment
B) Suspensiya
C) Tinktura
D) Məlhəm
E) Ekstrakt
İsitməotunun otundan acı tinktura (Tinktura amarA) hazırlanır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.332-334.
620) Hansı bitkinin quru ekstraktı “Bellastezin” preparatının tərkibinə daxildir?
A) Batbat
B) Çəhrayı rodiola
C) Xanımotu
D) Termopsis
E) Dəlibəng
Xanımotunun quru ekstraktının tərkibində 0,7-0,8 % alkaloidlər olur. Ekstraktı “Bellastezin” preparatının tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.388-389.
Dostları ilə paylaş: |