741) Hansı bitki şiddətli zəhərləyici xassəyə malikdir?
A) Acıçiçək kökü
B) İsitməotu
C) Çovdar mahmızı
D) Zəyərək toxumu
E) Bəlğəmotu kökü
Çovdar mahmızı və onun preparatları zəhərlidir. Bu bitkini xüsusi və təcrid olunmuş sahələrdə becərirlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 432-436.
742) Çovdar mahmızının preparatları nə məqsədlə istifadə olunur?
A) Taxikardiyaya qarşı
B) Hipotoniyaya qarşı
C) Öskürəyə qarşı
D) Aritmiyaya qarşı
E) Doğuşdan sonrakı qanaxmaya qarşı
Çovdar mahmızının tərkibində erqo və klavin alkaloidləri vardır. Çovdar mahmızından duru ekstrakt, yeni qalen preparatı “Erqotal” və xammaldan alınan fərdi alkaloid duzlarının preparatları: “Erqotamin tartrat” və “Erqometrin maleat” istehsal olunur. Bu preparatlar ginekologiyada uşaqlığın yığılmasını gücləndirmək və uşaqlıq qanaxmalarını dayandırmaq üçün istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.432-436.
Dostları ilə paylaş: |