770) Sitratların təyinatında hansı məhluldan istifadə edilir?
A) NaCl
B) MgCl2
C) NH4Cl
D) KCl
E) CaCl2
Sitratların eyniliyinin təyinatında CaCl2 məhlulu istifadə edilir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 25
771) Süni l- kamfora hansı yağdan alınır?
A) Naftalan neftindən
B) Ağ şamağacı yağından
C) Ərik yağından
D) Nanə yağından
E) Vazelin yağından
Süni l-kamfora ağ şamağacı yağından alınır.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 243
772) Kamfora hansı həlledicidə daha pis həll olur?
A) Efirdə
B) Xloroformda
C) Qliserində
D) Spirtdə
E) Suda
Kamfora suda daha pis həll olur.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 244
773) Mentolun tərkibində neçə karbon atomu var?
A) 15
B) 30
C) 10
D) 20
E) 5
Mentolun tərkibində 10 karbon atomu var - C10H20O.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 237
Dostları ilə paylaş: |