1005) Vişnevski linimentinin tərkibinə hansı bitki yağı daxildir?
A) Batbat yağı
B) Dəlibəng yağı
C) Günəbaxan yağı
D) Gənəgərçək yağı
E) Efir yağı
Vişnevski linimentinin trərkibinə gənəgərçək yağı daxildir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, S. Ə. Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 149 .
1006) Streptosid, bor turşusu məlhəm əsası ilə hansı növ məlhəm əmələ gətirir?
A) Emulsion məlhəm
B) Suspenzion məlhəm
C) Homogen məlhəm
D) Ekstraksion məlhəm
E) Qarışıq tipli məlhəm
Streptosid, bor turşusu suda həll olmur, onlar az miqdar vazelin yağı, bitki yağı və ya əridilmiş məlhəm əsası ilə qarışdırılır ,suspenzion məlhəm əmələ gətirir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 186
Dostları ilə paylaş: |