1047) Göz damcıları hansı qatılığa qədər izotonikləşdirilir?
A) 5 faizə qədər
B) 3 faizə qədər
C) 12 faizə qədər
D) 20 faizə qədər
E) 25 faizə qədər
3 faizə qədər məhlullar hipotonikdir və onları izotonikləşdirmək mütləq lazımdır. Çünki hipotonik məhlullar gözdə ağrı yaradır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev. . “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 250
1048) Aptekdə hazırlanan inyeksiya məhlulları nə vaxt kimyəvi analizdən keçirilir?
A) Ancaq dərman maddəsi analiz edilir
B) Sterilizasiyadan sonra
C) Analiz edilmir
D) Xəstəyə verilən zaman
E) Məhlul hazırlandıqdan sonra
Aptekdə hazırlanan inyeksiya məhlullarını sterilizə etməzdən əvvəl tam kimyəvi analizdən keçməlidir.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı 1989, səh 218
Dostları ilə paylaş: |