Bölmə 2. Farmakologiyadan test tapşırıqları. Ümumi reseptura
151) Bunlardan hansı bərk dərman formasına aiddir?
A) Drajelər
B) Suppositoriyalar
C) Pastalar
D) Tinkturalar
E) Suspenziyalar
Drajelər – dərman maddələrinin və köməkçi maddələrin şəkər dənəcikləri üzərində bir neçə dəfə çökdürülməsi yolu ilə alınan və daxilə işlədilən dozalanmış bərk dərman formalarıdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 20
152) İnyeksiya üçün istifadə olunan məhlul hansıdır?
A) Tannin məhlulu
B) Furasilin məhlulu
C) Kamforanın spirtli məhlulu
D) Korqlikon məhlulu
E) Mentolun spirtli məhlulu
Korqlikon inyeksiya şəklində 10-20 ml 20% və ya 40% qlükoza məhlulu ilə vena daxilinə yeridilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 227
153) Dəmləmələr bitkilərin hansı hissələrindən hazırlanır?
A) Çiçəklərindən
B) Kökündən
C) Qabığından
D) Kökümsov gövdəsindən
E) Çəyirdəkdən
Dəmləmələr bitkilərin yumşaq və incə hissələrindən hazırlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 32
154) Tərkibində zəhərli maddələr olan bitkilərdən dəmləmələr hansı nisbətdə hazırlanlır?
A) 1:400
B) 1:100
C) 1:30
D) 1:10
E) 1:200
Zəhərli dərman bitkilərinin I hissəsi üçün 400 hissə su götürülür, yəni dəmləmələr 1:400 nisbətində hazırlanır
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 32
Dostları ilə paylaş: |