187) Mədə-bağırsaq traktından pis sorulan dərman maddəsi hansıdır?
A) Panzinorm forte
B) Streptomisin
C) Fenazepam
D) Qastrozepin
E) Mezim forte
Streptomisin mədə-bağırsaq sistemindən sorulmadığına görə əzələ daxilinə və bədən boşluğuna təyin edilir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 480
188) Mədə bağırsaq sisteminin selikli qişasını qıcıqlandıran maddələrə hansı aiddir?
A) Askorbin turşusu
B) Aspirin
C) Festal
D) Libeksin
E) Almagel
Aspirin qeyri-narkotik analgetiklərə aid olduğuna görə mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı təsir göstərir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 177
Dostları ilə paylaş: |