67) Aptek anbarından buraxılan bakteriya preparatları yararlılıq müddətinin neçə %-ni özündə saxlamalıdır? A) 80%
B) 60%
C) 70%
D) 50%
E) 40%
Aptek anbarından malın buraxılmasında yararlılıq müddətləri haqqında normativ sənədlərə ciddi riayət olunmalıdır. Bunlara uyğun olaraq, aptek anbarından mal buraxıldıqda, onların yararlılıq müddəti 60%-dən az olmamalı, bakteriya preparatları isə yararlılıq müddətinin ən azı 40%-ni özündə saxlamalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 76