341) Ödqovucu dərmanlardan ibarət sıranı göstərin?
A) Mezoprostol, Xolosas
B) Furosemid, Aminofillin(Eufillin)
C) Metosin-yodid( Metasin), Nikodin
D) Aminofillin(Eufillin), Xolosas
E) Xolenzim, Alloxol
Tərkibində öd turşusu olan və quru öd olan preparatlar xolenzim və alloxol tabletləridir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 305
342) Qeyri-üzvi işlədicilərə aid preparatı göstərin?
A) Iniprol
B) Maqnezium-sulfat
C) Səna yarpağının dəmləməsi
D) Neostiqmin-metilsulfat( Prozerin)
E) Gənəgərçək yağı
İşlədici duzlar bağırsaqda toplanaraq bağırsaqdaxili osmotik təzyiqi yüksəldir. Bağırsağın selikli qişasında yerləşən reseptorlar qıcıqlanır peristaltik hərəkət güclənir. Bunlara maqnezium sulfat, natrii sulfat və s. aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”, “Nurlan”. Bakı, 2005 səh 309
Dostları ilə paylaş: |