355) Birbaşa təsirli antikoaqulyantlara aid vasitəni göstərin?
A) Sinkumar
B) Fenindion(Fenilin)
C) Asetilsalisil turşusu(Aspirin)
D) Etil-biskumasetat(Neodikumarin)
E) Heparin
Heparin qanın əks laxtalanma sisteminin təbii komponentidir. Birbaşa laxtalanma amillərinə təsir göstərərək qanın laxtalanmasını zəiflədir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 348
356) Dolayı təsirli antikoaqulyantlara aid vasitəni göstərin?
A) Etil-biskumasetat(Neodikumarin)
B) Fraksiparin
C) Heparin
D) Enoksaparin-natrium
E) Nadroparin-kalsium
Dolayı təsirli antikoaqulyantlar qanın laxtalanma amillərinə birbaşa deyil dolayı yolla təsir göstərirlər. Bunlara neodikumarin,sinkumarin, fepromarin aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005səh 349
Dostları ilə paylaş: |