411) Erqokalsiferolun orqaqnizmdə rolu nədən ibarətdir?
A) Piylərin parçalanmasında iştirak edir
B) Qanın laxtalanmasında iştirak edir
C) Regenerasiya prosesində iştirak edir
D) Maddələr mübadiləsini tənzimləyir
E) Kalsium və fosfor mübadiləsini tənzimləyir
Erqokalsiferol əsasən raxitin profilaktikasında istifadə edilir. Orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 400
412) Androgenlərin əsas nümayəndəsi hansıdır?
A) Testosteron- propionat
B) Non-ovlon
C) Heksestrol (Sinestrol)
D) Estron
E) Progesteron
Androgenlərin əsas nümayəndəsi testosteron-propionatdır. Testosteron kişi cinsiyyət orqanlarının, prostat vəzinin və toxum qovuqcuqlarının inkişafını stimulə edir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 389
413) Heyvan mənşəli polivitamin preparatı hansıdır?
A) Askorutin
B) Aevit
C) Undevit
D) Essensiale
E) Tetravit
Essensial heyvan mənşəli polivitamindir. Tərkibində orqanizm üçün vacib olan fosfolipidlər, B6, B12, PP vitaminləri və pantoten turşusu vardır. Xroniki hepatitdə, qaraciyərin serrozunda, şəkərli diabetdə istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 403
Dostları ilə paylaş: |