526) Virus əleyhinə preparat-oksalin necə təyin edilir ?
A) Yerli
B) Əzələ daxilinə
C) Sublinqval
D) Dəri altına
E) Transbukkal
Gözün,dərinin viruslu infeksiyalarında və qripin profilaktikası üçün 0,25%,0,5%,1%,2% və 3%-li məlhəm şəklində istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 513
527) Qripin profilaktikasında istifadə edilən preparat hansıdır ?
A) Streptomisin
B) Rifampisin
C) Midantan
D) Ftivazid
E) Asiklovir
Midantan qrip viruslarına qarşı antimikrob təsiri virusların hüceyrə daxilinə keçməsini çətinləşdirməsi ilə bağlıdır.Qripin erkən müalicəsi və profilaktikası üçün istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 513
Dostları ilə paylaş: |