839) Reseptdə rezerpinin triturasiyadan (1:100) nə qədər götürülür?
Rp: Reserpini 0,0002
Dibasoli 0,01
Barbitali natrii 0,2
M.f.pulv
D.t.d. №10
S. Bir poroşokdan gündə 3 dəfə
A) 0,1
B) 0,2
C) 0,3
D) 0,15
E) 0,25
Rezerpin triturasiyası 1:100-də olduğu üçün (0,0002x100x10=0,2) 0,2 rezerpin triturasiyası götürülür.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 37
840) Yığıntıların tərkibinə duz necə əlavə olunur?
A) Suda həll edilir ,üzərinə çilənir
B) Bitki hissələri ilə qarışdırılır
C) Yağda həll edilir üzərinə səpilir
D) Poroşok şəklində bükülüb verilir
E) Duz verilmir
Duzun qatı sulu məhlulu hazırlanır, bitki hissələrinin üzərinə çilənir və quruducu şkafda qurudulur.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 61
Dostları ilə paylaş: |