902) Perqamentli kapsullarda hansı dərman maddələri buraxılmır?
A) Timol
B) Atropin sulfat
C) Bromkamfora
D) Mentol
E) Dimedrol
Atropin sulfat uçucu və hiqroskopik olmadığı üçün perqament kapsullarda buraxılmır.
Т.С.Кондратьева и др.Руководство к лабораторным занятиям по аптечной технологии лекарственных форм.»Медицина»,Москва,1986 səh 76
903) Parafinli və ya mumlu kapsullarda hansı poroşoklar buraxılır?
A) Əsasi bismut subnitrat
B) Talk
C) Natrium -hidrokarbonat
D) Xanım otu ekstraktı
E) Sink -oksid
Xanım otu ekstraktı iyli və hiqroskopik olduğu üçün parafinli və mumlu kapsullarda buraxılır.
В.М.Грецкий,В.С.Хомченко.Руководство к практическим занятиям по технологии лекарственных форм.»Медицина»,Москва,1991 səh 76
904) Dərman maddələrinin xoşagəlməyən dad və qoxusunu gizlətmək üçün poroşoklar hansı kapsullarda buraxılır?
A) Parafinli kapsullarda
B) Mumlu kapsullarda
C) Jelatin kapsullarda
D) Perqamentli kapsullarda
E) Adi kağız kapsullarda
Dərman maddəsinin pis qoxusunu, dadını aradan qaldırmaq üçün jelatin kapsullarda buraxılır
В.М.Грецкий,В.С.Хомченко.Руководство к практическим затятиям по технологии лекарственных форм.»Медицина»,Москва,1991 səh 77
Dostları ilə paylaş: |