970) Əczaçılıq zavodunda hansı bitkidən yağlı çıxarış alınır?
A) Qarğıdalı bitkisindən
B) Günəbaxan bitkisindən
C) Çaytikanı bitkisindən
D) Gənəgərçək bitkisindən
E) Badam bitkisindən
Çaytikanı bitkisinin tərkibində çoxlu vitaminlər və s. olduğu üçün ondan yağlı çıxarış alınır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 442
971) Əczaçılıq zavodunda tinktura və ekstraktların hazırlanmasında hansı çıxarıcıdan istifadə edilmir?
A) Etanol
B) Su
C) Qliserin
D) Etil efiri
E) Bitli yağları
Tinktur və ekstraktların hazırlanmasında qliserindən istifadə edilmir.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 422
972) Heyvanların müxtəlif orqan və toxumalarından alınan preparatlar necə adlanır?
A) Dəmləmələr
B) Orqanopreparatlar
C) Suspenziyalar
D) Emulsiyalar
E) Yığıntılar
Heyvanların müxtəlif orqan və toxumalarından istifadə edildiyi üçün preparatlar orqanopreparatlar adlanır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 460
Dostları ilə paylaş: |