1038) Göstərilən reseptdə bərk dərman maddələrinin cəminin miqdarı neçə faizdir?
Rp. Streptocidi 0,5
Acidi salicylici 0,3
Vaselini 20,0
M. f. ung
D.S.
A) 6 faiz
B) 4 faiz
C) 7 faiz
D) 3 faiz
E) 9 faiz
x=0,8 x 100/20,0 =4% düsturuna əsasən dərman maddəsinin miqdarı 4 faizdir.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 189
1039) Göstərilən resept hansı dərman formasına aiddir?
Rp: Chloroformii 10,0
Camphorae 2,0
Olei Hyoscyami 20,0
M. D. S. dəriyə Sürtmək üçün
A) Suspenziya
B) Məlhəm
C) Homogen liniment
D) Pasta
E) Plastr
Reseptdə olan dərman maddələri bir-biri ilə yaxşı qarışır və homogen liniment əmələ gətirir.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı, 2005 səh 176
1040) Reseptdə vaginal şam əsasının çəkisi göstərilməzsə, vaginal şamın çəkisi neçə qram olmalıdır?
A) 2 q
B) 3 q
C) 4 q
D) 1,5 q
E) 0,5 q
X DF göstərişinə əsasən reseptdə şam əsasının çəkisi göstərilmədikdə vaginal suppozitoriyalar 4 qr ağırlığında hazırlanır.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı, 2005 səh 170
1041) Həbin tərkibinə daxil olan gümüş-nitrat kimyəvi xassəsinə görə hansı maddələrə aiddir?
Dostları ilə paylaş: |