184) Bu dərmanlardan hansının aptekdən reseptsiz buraxılmasına icazə verilir?
A) Seduksen
B) Validol
C) Sibazon
D) Fenobarbital
E) Fenazepam
Validol ağız boşluğu reseptorlarını qıcıqlandırmaqla reflektor yolla tac damarlarını genişləndirir və nəticədə miokarda O2 daşımasını gücləndirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 15
185) Aptek şəraitində termostabil dərman maddələrinin inyeksiya məhluluları necə hazırlanır?
A) Termiki sterilizə yolu ilə
B) Dərman maddəsinin üzərinə 0,5%-li xlorbutanol əlavə etməklə aseptik şəraitdə
C) Dərman maddəsinin üzərinə 0,3%-li trikrezol əlavə etməklə aseptik şəraitdə
D) Dərman maddəsinin üzərinə 0,5%-li fenol əlavə etməklə aseptik şəraitdə
E) Aseptik şəraitdə
Aptek şəraitində termostabil dərman maddələrinin inyeksiya məhlulları termiki sterilizə yolu ilə hazırlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 41
186) Peroral yolla orqanizmə yeridilən dərman maddəsi neçə dəqiqədən sonra təsir göstərir?
A) Həmin anda
B) 5 dəqiqə sonra
C) 60 dəqiqə sonra
D) 15-40 dəqiqə sonra
E) 10 dəqiqə sonra
Peroral yolla yeridilən dərman maddəsi qana bir qədər gec sorularaq 15-40 dəqiqədən sonra öz təsirini göstərir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 49
Dostları ilə paylaş: |