713) Gülxətmi bitkisi hansı fəsiləyə aiddir
A) Dodaqçiçəklilər
B) Kətan
C) Əməköməcilər
D) Bağayarpağı
E) Gülçiçəklilər
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
714) Xalq təbabətində bağayarpağının yarpaqlarından nə məqsədlə istifadə edilir?
A) İşlədici
B) Yarasağaldıcı
C) Ödqovucu
D) Yuxugətirici
E) Qurdqovucu
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
715) Kakao yağı tibbidə hansı məqsədlə istifadə olunur?
A) Məlhəmlərin hazırlanmasında
B) Pastaların hazırlanmasında
C) Emulsiyaların hazırlanmasında
D) Suppozitoriyaların hazırlanmasında
E) Şamların, kürəciklərin hazırlanmasında
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
716) Zeytun yağı tibbdə hansı məqsədlə istifadə olunur?
A) Pastaların hazırlanmasında əsas maddə kimi
B) Yağlı məhlullarının hazırlanmasında həlledici kimi
C) Emulsiyaların hazırlanmasında həlledici kimi
D) Şamların, kürəciklərin hazırlanmasında əsas maddə kimi
E) Kafurun, cinsi hormonların hazırlanmasında həlledici kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |