12) Hansı bitkinin tərkibində narkotik təsirə malik alkaloidlər vardır?
A) Cökə
B) Xoruzgülü
C) Xaş-xaş
D) Üskükotu
E) Jenşen
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
13) Boranı toxumlarından tibbi təcrübədə hansı məqsəd üçün istifadə edilir?
A) Qurdqovucu kimi
B) Ödqovucu kimi
C) İltihab əleyhinə vasitə kimi
D) Sidikqovucu kimi
E) Sakitləşdirici kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
14) “Xolosas” preparatı hansı dərman bitki xammalından hazırlanır?
A) Çaytikanı meyvələrindən
B) Qara qarağat meyvələrindən
C) Quşarmudu meyvələrindən
D) Keşniş meyvələrindən
E) İtburnu meyvələrindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
15) Üskükotu preparatları hansı xəstəliklərdə istifadə edilir?
A) Mərkəzi sinir sisteminin xəstəliklərində
B) Ürək xəstəliklərində
C) Mədə-bağırsaq traktının xəstəliklərində
D) Oynaq xəstəliklərində
E) Qaraciyər xəstəliklərində
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |