24) “Korqlikon” hansı bitkinin preparatıdır?
A) Üskükotu
B) Kombe strofantı
C) Boz sarılıqotu
D) May inciçiçəyi
E) Xoruzgülü
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
25) “Senade” preparatının tərkibində hansı bitki xammalı var?
A) Acı yovşanotu
B) Səna yarpaqları
C) Adaçayı yarpaqları
D) Evkalipt yarpaqları
E) Bəlğəmotu kökü
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
26) “Adonizid” hansı bitkinin preparatıdır?
A) May inciçiçəyi
B) Oleandr
C) Üskükotu
D) Xoruzgülü
E) Kombe strofantı
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
27) Xanımotu bitkisindən hazırlanan preparatlar necə təsir edir?
A) Tər vəzilərinin şirə ifrazını artırır
B) Göz bəbəklərini daraldır
C) Daxili orqanların saya əzələlərinin tonusunu artırır
D) Ağızsuyu və tər vəzilərinin şirə ifrazını azaldır
E) Sedativ təsir göstərir
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |