149) Konkret bazarda satış təşkilatlarının sayı 1-2-dən az olmamaq şərti ilə
tətbiq olunan ticarət yayım kanalı tipi hansıdır?
A) Məhdudiyyətsiz əmtəələrin topdansatış ticarəti
B) Eksklüziv (qeyri-adi) topdansatış ticarət
C) Dolayı topdansatış ticarət
D) Qeyri məqsədli topdansatış ticarət
E) İntensiv topdansatış ticarət
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı.
Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
150) Məqsədli topdansatış ticarət yayım kanalı tipini verilənlərdən hansı
xarakterizə edir?
A) Firmanın sərbəst olaraq öz marketinq fəaliyyətini təşkil etməyə lazımı səviyyədə
vəsaiti, imkanı və məlumatı olmadığı halda təşkil olunur.
B) Məhsulun istehsalçıdan istehlakçıya vasitəçilər sisteminin iştirakı ilə (topdansatış,
xırda topdansatış, pərakəndə satıcılar) çatdırılmasını həyata keçirir.
C) Dərman vasitələrinin konkret qrup istehlakçılara çatdırır (məsələn: reproduktiv yaş
həddində olan qadınlar üçün).
D) Məhdudiyyətsiz əmtəələrin satışını həyata keçirir.
E) İstehsalçılar, topdansatış və pərakəndə satışla məşğul olan satıcılar ümumi nəzarət
sistemi altında fəaliyyət göstərir.
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı.
Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
|