363) Salisil turşusu törəmələri qrupundan olan iltihabəleyhinə maddə hansıdır?
A) Disinon
B) Lovastatin
C) Asetilsalisil turşusu
D) Metamizol natrium
E) Parasetamol
Ədəbiyyat: D.Hüseynov. Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
364) Sadalananlardan hansı paraaminofenol törəmələri qrupundan olan iltihabəleyhinə dərman vasitələrinə aiddir?
A) Parasetamol
B) Mefenam turşusu
C) Diklofenak natrium
D) Reviparin
E) Fenilbutazon
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
365) Fenil-propion turşusunun törəməsi olan iltihabəleyhinə maddə hansıdır?
A) Naproksen
B) İbuprofen
C) Metronidazol
D) İndometasin
E) Asiklovir
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.