553) Hansı xəstəliklər zamanı K vitamininin hipovitaminozu baş verir?
A) Öd axacaqlarının tutulması ilə keçən sarılıqlar
B) Epilepsiya
C) Stenokardiya
D) Anemiyalar
E) Parkinsonizm xəstəliyi
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
554) Bu vitaminlərdən hansı hipolipidemik təsirə malikdir?
A) Vitamin E
B) Vitamin PP
C) Vitamin A
D) Vitamin D
E) Vitamin K
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
555) Hansı vitamin çatışmazlığı zamanı protrombinin əmələ gəlməsi ləngiyir?
A) Vitamin C
B) Vitamin P
C) Vitamin D
D) Vitamin K
E) Vitamin U
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
556) Antiaqreqant təsirə malik iltihab əleyhinə maddə hansıdır?
A) Voltaren
B) Krizanol
C) Aspirin
D) Хimotripsin
E) Meloksikam
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
Dostları ilə paylaş: |