613) “Korqlikon” hansı bitkinin preparatıdır?
A) Xoruzgülü
B) Boz sarılıqotu
C) May inciçiçəyi
D) Kombe strofantı
E) Üskükotu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
614) “Senade” preparatının tərkibində hansı bitki xammalı var?
A) Evkalipt yarpaqları
B) Adaçayı yarpaqları
C) Bəlğəmotu kökü
D) Acı yovşanotu
E) Səna yarpaqları
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
615) “Adonizid” hansı bitkinin preparatıdır?
A) Xoruzgülü
B) Oleandr
C) May inciçiçəyi
D) Üskükotu
E) Kombe strofantı
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
616) Xanımotu bitkisindən hazırlanan preparatlar necə təsir edir?
A) Tər vəzilərinin şirə ifrazını artırır
B) Göz bəbəklərini daraldır
C) Daxili orqanların saya əzələlərinin tonusunu artırır
D) Ağızsuyu və tər vəzilərinin şirə ifrazını azaldır
E) Sedativ təsir göstərir
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |