676) Hansı bitkinin tərkibində atropin alkaloidi vardır?
A) Xanımotu
B) Aloe
C) Quşəppəyi
D) Xəşənbülotu
E) Tozağacı
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
677) Palıd qabığının preparatları tibbi təcrübədə hansı məqsədlə istifadə olunur?
A) Bürüyücü kimi
B) Ödqovucu kimi
C) Qurdqovucu kimi
D) Büzüşdürücü, iltihab əleyhinə preparat kimi
E) Qıcıqlandırıcı kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
678) Tərkibində zəhərli maddələr olan dərman bitki xammalı harada saxlanılır?
A) Qapısı xüsusi kilidlə bağlanmış və plomblanmış anbarlarda
B) Havası tez-tez dəyişdirilən anbarlarda
C) İşıqlı və quru yerdə
D) Digər bitki xammalları ilə bir yerdə
E) Sərin və qaranlıq yerdə
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
679) Dərman bitki xammallarının tərkibində olan hansı maddələr ballast maddələr adlanır?
A) Farmakoloji cəhətdən indifferent (təsirsiz) maddələr
B) Polisaxaridlər
C) Qlikozidlər
D) Farmakoloji fəal maddələr
E) Alkaloidlər
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev. «Farmakoqnoziya», Bakı, 2009
Dostları ilə paylaş: |