697) Dərman maddələrinin metabolik biotransformasiya prosesi necə gedir?
A) Oksidləşmə, reduksiya, hidroliz yolu ilə
B) Qlükuronlaşma yolu ilə
C) Metilləşmə yolu ilə
D) Sulfatlaşma yolu ilə
E) Asetilləşmə yolu ilə
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
698) Dərman maddələrinin biotransformasiya sürəti hansı hallarda azalır?
A) Kalsium kanallarının blokadası zamanı
B) Qaraciyərin mikrosomal fermentlərinin inaktivləşməsi zamanı
C) Dərman maddələrinin qan plazmasının zülalları ilə birləşməsi zamanı
D) Angiotenzinçevirici fermentin inaktivləşməsi zamanı
E) Qaraciyərin mikrosomal fermentlərinin induksiyası zamanı
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |