49) Müalicə-profilaktika müəssisələrinin aptek şöbəsində narkotik dərman vasitələrinin ehtiyatı nə qədər olmalıdır?
A) 1 həftəlik tələbatdan çox olmamalıdır
B) 5 günlük tələbatdan çox olmamalıdır
C) 10 günlük tələbatdan çox olmamalıdır
D) 15 günlük tələbatdan çox olmamalıdır
E) 1 aylıq tələbatdan çox olmamalıdır
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
50) Aşağıdakı tibbi məmulatlardan hansıların aptekdən buraxılması üçün resept tələb olunmur?
A) Qlükometr
B) Cib inhalyatorları
C) Tibbi termometr
D) Sadalananların hamısı
E) Tanometr
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 22
51) Hansı qrup xəstələr xəstəlikləri ilə əlaqədar dərman vasitələrini pulsuz əldə edə bilər?
A) Şəkərsiz diabeti olan xəstələr
B) Şəkərli diabeti olan xəstələr
C) Böyrəklərin funksional pozğunluğu olan xəstələr
D) Ambulator xəstələr
E) Qaraciyərin funksional pozğunluğu olan xəstələr
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
Dostları ilə paylaş: |