802) Sinir hüceyrələrində ion kanallarını (natrium, kalium) blokadaya almaqla təsir göstərən epilepsiyaəleyhinə dərman maddələri hansılardır?
A) Fenobarbital, nitrazepam
B) Kalium-bromid, ammonium-bromid
C) Fenitoin, karbamazepin
D) Lamotricin, natrium-bromid
E) Valproy turşusu, natrium-valproat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
803) Hazırda mövcud olan epilepsiyaəleyhinə dərman maddələri hansı müalicə məqsədilə istifadə olunur?
A) Əvəzedici
B) Patogenetik
C) Simptomatik
D) Etiotrop
E) Kombinəolunmuş
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
804) Xəstə bir qıcolma tutmasından özünə gəlməmiş növbəti qıcolma tutmasının baş verməsi halı necə adlanır?
A) Epileptik status
B) Böyük qıcolma tutmaları
C) Psixomotor ekvivalentlik
D) Kiçik qıcolma tutmaları
E) Mioklonus-epilepsiya
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
805) Müxtəlif farmakoloji qruplara aid olan epilepsiyaəleyhinə dərman maddələrinin təsir xüsusiyyətlərinin ümumi cəhəti nədəni barətdir?
A) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini zəiflədir və ya tormozlanma proseslərini gücləndirir
B) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir
C) Onlar mərkəsi sinir sistemində sinir impulslarının ötürülməsini gücləndirirlər
D) Onlar mərkəsi sinir sistemində tormozlanma proseslərini zəiflədir
E) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir və ya tormozlanma proseslərini zəiflədir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |