869) Aşağıdakı xüsusiyyətlərdən hansı qlükokortikosteroidlərə aid deyildir.?
A) Onlardan iltihab və allergiya əleyhinə preparat kimi istifadə olunur
B) Anafilaktik şok zamanı istifadə olunurlar
C) Güclü iltihab- və allergiyaəleyhinə təsirlərə malikdirlər.
D) Hipoqlikemiya törədirlər
E) Hamiləlik dövründə onların istifadəsi əks göstərişdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
870) Aşağıdakı əlavə təsirlərdən hansı qlükokortikosteroidlərə aid deyildir?
A) Arterial təzyiqin yüksəlməsi baş verə bilər
B) Onların uzunmüddətli istifadəsi zamanı mədə və 12-barmaq bağırsağın xora xəstəlikləri inkişaf edə bilər
C) Onlardan uzunmüddətli istifadə zamanı psixi pozğunluqlar inkişaf edə bilər
D) Şəkərli diabet törədə bilərlər
E) Onlardan istifadə zamanı hipoqlikemiya baş verə bilər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
Dostları ilə paylaş: |