1001) Bütün preparatların istifadəsi üçün ümumi olan əks göstəriş hansıdır?
A) Mədənin və ya 12-barmaq bağırsağın xora xəstəliyi
B) Qida borusunun iltihabı
C) Qaraciyərin mülayim funksional pozğunluğu
D) Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq
E) Qastrit
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1002) Tibbi təcrübədə həm psixostimulyator, həm də analeptik kimi istifadə olunan preparat hansıdır?
A) Kofein natrium-benzoat
B) Atropin-sulfat
C) Verapamil
D) Skopolamin-hidrobromid
E) Litium-karbonat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1003) Cərrahi əməliyyat zamanı ağızsuyu vəzilərinin şirə ifrazını azaltmaq üçün hansı preparatdan istifadə olunur?
A) Panzinormdan
B) Natrium-sulfatdan
C) Atropin-sulfatdan
D) Dibazoldan
E) Omeprazoldan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |