88) Hansı məhlul aptekdən buraxılmır?
A) Bor turşusu məhlulu
B) Salisil turşusu məhlulu
C) Furasilin məhlulu
D) Kalsium-xlorid məhlulu
E) Kalium-permanqanat məhlulu
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
89) Zəli harada saxlanmalıdır?
A) Distillə olunmuş suda
B) İşıqlı yerdə
C) Xüsusi seyflərdə
D) İri metallik qablarda
E) Təmiz suda
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
90) Aptek anbarının əsas şöbələri hansıdır?
A) İstehsalat, nəqliyyat, saxlanma, təsərrüfat və ekspedisiya şöbələri
B) Qəbul, istehsalat, iqtisadi və təsərrüfat şöbələri
C) İstehsalat, nəqliyyat, saxlanma, ekspedisiya və iqtisadi şöbələri
D) Qəbul, istehsalat, ekspedisiya, iqtisadi və təsərrüfat şöbələri
E) Qəbul, istehsalat, nəqliyyat, saxlanma və ekspedisiya şöbələri
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 75
91) Aptek anbarından malların buraxılması hansı sənədlərə əsasən həyata keçirilir?
A) Etibarnaməyə və fakturaya əsasən
B) Tibb müəssisələri və digər alıcılardan alınan tələbnamələrə əsasən
C) Qaimə - fakturaya əsasən
D) Qəbz-tələbnaməyə əsasən
E) Faktura uçotuna və müqaviləyə əsasən
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 75
Dostları ilə paylaş: |