Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik



Yüklə 12.52 Mb.
Pdf просмотр
səhifə1/7
tarix26.05.2017
ölçüsü12.52 Mb.
  1   2   3   4   5   6   7

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
1
Dünya Gənc Türk Yazarlar Birliyi
www
.dgtyb.org

www.bizimyazi.com
SƏS... SÖZ... RƏNG...
(Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...)
“Elm və təhsil”
Bakı – 2015

SƏS... SÖZ... RƏNG...
2
Bu kitab  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər 
Fondunun maliyyələşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik”
adlı layihə çərçivəsində işıq üzü görüb. (Kitab DGTYB tərəfindən hazırlanıb, 
onun içəriyi hər hansı formada Fondun mövqeyini əks etdirmir.)
Layihə rəhbəri:     Əfsanə ƏLƏSGƏRLİ 
 
Tərtibçilər:            Sərdar ŞİRVAN
İntiqam YAŞAR
Şəfa VƏLİ
Tural ADIŞİRİN
Redaktorlar:           Əkbər QOŞALI
dos.dr.    
dos.dr. Rəsmiyyə SABİR
İltifat HACIXANSULTANLI
Məsləhətçilər:
    
Millət vəkili dr. Cavanşir FEYZİYEV  
 
 
prof.dr. Fuad MƏMMƏDOV
 
 
prof.dr. Rahid ULUSEL
 
 
dos.dr.
 
Ziyadxan ƏLİYEV
 
 
dr. Yunus OĞUZ 
 
 
Aliyə MƏMMƏDOVA
         
Rəyçilər:           
dos.dr.  Şəmil SADİQ
  dr. 
Nemət QASIMLI
İbrahim İLYASLI
Nəvai METİN
 
Elşən ƏZİM
Səs... Söz... Rəng...  (Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...)
Bakı, «Elm və təhsil», 2015, 232 səh.
Toplunun üz qabığında Elmar Məmmədzadənin “Nəğməli dünyam” (ipək üzərində rəsm) əsəri, 
arxa qapağında isə Şəhla Kərimovanın “Butalı aşiq aşıq”
 
əsəri verilib.
ISBN 978-9952-8176-8-3

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
3
Ön söz yerinə
Estetik dəyərlərin harmoniyası... – Bu, bütün dövrlərdə toplumda 
diqqət mərkəzində yer alan bir məsələ olmayıb, amma bu harmoniya 
bir qanunauyğunluq kimi bəşər tarixinin bütün aşamalarında mövcud 
olub.  Ədəbiyyat, musiqi, təsviri sənət bəşəriyyətin ibtidai dövrlərindən 
başlayaraq, müəyyən harmoniya ilə inkişaf edir. Bu günkü gəncliyi həmin 
har moniyanı dərkə çağırış, onların diqqətini bu önəmli mövzuya yönəltmək, 
konkret layihə  çərçivəsində  tədbirlər həyata ke çirmək təqdirəlayiq işdir. 
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) bu sahədə atdığı ilk addım 
gələcəkdə incəsənət sahələrinin qarşılıqlı yaradıcılıq ilişkilərinə çox əla-
vələr edə cək, ümumilikdə ədəbi-mədəni ilişkilərin intensiv ləş məsinə, yeni 
bir məzmun qazanmasına öz töhfəsini verəcəkdir.
Estetik zövqü müəyyənləşdirən çoxsaylı amillər içərisində konkret 
yaradıcılıq sahələrinin – musiqinin, təsviri sənətin və  ədəbiyyatın üzvi 
bağlılığı elə durumdadır, onlardan biri həmi şə, (ixtiyarsız olaraq) digərini 
xatırlatmağa xidmət edir. Biri digərini öz mahiyyətində yaşadır. Çünki, 
şair kimi bəstəkar da, rəssam da ahəngin övladıdır, onları həyəcanlandıran, 
yaradıcı  təxəyyülünü hərəkətə  gətirən, yaratmağa sövq edən amillər, 
səbəblər eynidir. Böyük bəstəkar Frans Şubert deyirdi, “yaxşı musiqi 
əgər təkcə yaxşı musiqidirsə, o yaxşı musiqi ola bil məz.” Bu fikir belə 
bir həqiqəti diqtə edir ki, yaxşı musiqi bizim xəyallarımızı alıb uzaqlara 
aparırsa, düşüncələrimizə ye 
ni nəsnələr  əlavə edirsə, yaddaşımızda 
bir roman qədər dərin iz buraxırsa, o ədəbiyyat kimi zəngin və geniş 
məzmunludur... Yaxud konkret həyat lövhələrini bütün rəngarəngliyi ilə 
göz lərimiz önünə  gətirirsə, burada yaxşı musiqi, həm də  rəs sam lıqdır... 
Eyni paralelləri bədii fikrin, yaxud rəssamlığın digər in cə sənət sahələri 
ilə ilişkisi baxımından da yorumlamaq olar. Tə biətdən doğma səsləri ayırıb 
müəyyən ahəngə gətirən, bu ahən gi  təntənəli surətdə topluma təqdim edən, 
insan düşüncəsinə sözlərlə təsir göstərən şair də, bu səsləri rənglərin dili 
ilə danışdıran rəssam da, onları notlara köçürən bəstəkar da eyni məharətin 
sahibidir... Təsadüfi deyil ki, dünya mədə niyyəti tarixində ədəbi istedadı 
ilə tanınan böyük sənətçilər incəsənətin digər sahələrində  də  məharət 
gös təriblər. Görkəmli rus yazıçısı A.S.Qriboyedov həm də bacarıqlı 
bəstəkar ol muş dur.  Onun  yazdığı valslar indi də çalınmaqdadır. M.Y.Ler-
montov həm də mükəmməl karikatura ustası idi. Yapon ədə biyyatının 
görkəmli nümayəndəsi, Nobel ödülçüsü K.Yasunari həm də  rəssam tə-

SƏS... SÖZ... RƏNG...
4
xəyyülü, peşəkar fotoqraflıq məharəti ilə ta nınırdı. Və fatından sonra onun 
Kamakuradakı evindən ta pı lan,  yazıçının pərəs tiş karlarını daha bir istedadı 
ilə heyrətdə qoyan çoxsaylı  əsərləri bunun bariz örnəyidir. Yaxud da, 
rəssamlıq, bəstəkarlıqla yanaşı ədəbi yaradıcılıqla məşğul olan sənətçilər 
çox olmuşdur. Tanınmış rus rəssamı V.Q.Perov həm də yazıçı idi. Onun 
Moskva həyatından bəhs edən hekayələri dəyərli bədii örnəklər kimi dönə-
dönə çap edilib. J.J.Russo həm yazıçı, həm bəstəkar, həm də böyük filosof 
kimi tanınırdı. A.Kunanbayev yazıçılıqla yanaşı bəs təkarlıqla da məşğul 
olub. Böyük Azərbaycan bəs təkarı Üzeyir bəy Hacıbəyli həm də böyük 
yazıçı və tənqidçi idi. Bu kimi misalların sayını yetə rin cə artırmaq olar.
Qeyd etdiyimiz faktlar bir daha isbat edir ki, sənət sevgisi heç bir 
məhdudiyyət tanımır. Bu sevginin kökü, qaynağı birdir. Emil Zolyanın 
yazdığı kimi, “incəsənət insan duyğusunun süz gəcindən keçmiş təbiətdir”. 
Bədii sənətin də, rəssamlığın da, musiqinin də cövhərində təbiət var. Buna 
görə də, onların har moniyası təbiətin özü qədər təbii və zəruridir. Lakin 
burada çox incə bir nüansı da nəzərdə saxlamaq lazımdır ki, estetik də-
yərlərin harmoniyası eyni zamanda, millilik amilinə söy kən məlidir. Milli 
özülü, dayağı olmayan, millilikdən uzaq düşən sənət həqiqi sənət deyil, 
onun cövhərində bir sünilik, sax ta karlıq var... və belə bir sənət inkişaf 
yolunda çox uzağa gedə bilməz. O əsər böyük uğur qazana bilir ki, o millidir. 
Sənətin bəşəriliyə gedən yolu məhz millilikdən keçir. Milli olmayan əsər 
ümumbəşəri miqyasda nüfuz qazana bilməz. Yaradıcı gəncliyi ilk növbədə 
bu önəmli məziyyətə diqqət yetirməyə yönəltmək lazımdır. 
Çağdaş dövrdə bəzən çox əcaib əsərlərlə qarşılaşırıq. İstər rəssamlıqda, 
musiqidə, istərsə də ədəbiyyatda özünü ifrat dərəcədə göstərən yad ünsürlər 
gənclərimizdə sənətə ehtiram, rəğbət əvəzinə, ikrah hissi yarada bilər. Öz 
yaradıcı “mən”ini son dərəcə fərqli ifadə etmək, seçilmək tendensiyasından 
irəli gələn bu əllaməçilik getdikcə geniş yayılır. Başqalarından daha fərqli 
düşündüyünü qabarıq nəzərə çatdırmaq, daha orijinal, elitar səviyyəli 
sənətçi olduğuna inandırmaq cəhdi belə yanlışlıqlara yol açır. Bir önəmli 
cəhət unudulur ki, gələnək üzərində boy atmaq, millilikdən qaynaqlanıb 
yüksəlmək bütün dövrlərdə incəsənətin orijinallığını  təmin edib, onun 
təzə-tər görünməsinə stimul verib. Müxtəlif sənət cərəyanlarının ma-
hiyyətini dərk etmədən öz təxəyyülünü hansısa “...izmlər”in çərçivəsinə 
qapatmaq, Qərbin  əldə etdiklərinə qondarma isti nadlar, yaratdığın  əsəri 
əlaqəsiz surətdə, yerli-yersiz müəyyən istiqamətin örnəyi kimi təqdim 
etmək... bütün bunlar yaradıcı insanın həqiqi sənət yolunu tapmasına 

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
5
mane olan cəhətlərdir. Unutmaq olmaz ki, sənət  əsəri bütün əlavə “bər-
bəzək” dən təmizlənib təkcə milliliyində, təbiiliyində qalarsa, bu onun 
uzunömürlü olmasına yetər. Sənətçi istedad baxımından kamil olmasa 
belə, sənətinin milli aspekti ilə  əbədiyaşarlıq qazana bilər. V.Q.Belinski 
xəlqilikdən məhrum istedadlı  şairi öncə gur qol-budaq atıb göyərən, 
lakin kökü dərinlərə  işlə mə diyindən tezliklə quruyan ağaca bənzədirdi. 
Buna görə  xəlqilik, millilik dahilikdir. Dahilərin hamısı milliliyi əsər-
lərinin ruhuna, onun ideyasına, məzmununa, bədii içəriyinə hopdura 
bildikləri üçün dahidirlər. V.Hüqonun bütün yazdıqları bizə fransız ru-
hunu, fransız təfəkkürünü tanıdır; L.Tolstoyun əsərləri rus xa rakterini 
canlandırır; F.Dostoyevski rus aydınının qartal baxış ları ilə  həqiqəti 
cilalayır; T.Şevçenkonun yara dı cılığında ukray nalının ürəyini görürük, 
Ç.Aytmatovun yarat dıqları  qırğız hə yatının ensik lopediyasıdır və s... 
Müxtəlif vaxtlarda və fərqli millətlərin Nobel ödülçülərinə bu yüksək 
ödülün hansı səbəblərə görə verildiyini araşdırdıqda bir həqiqət üzə çıxır 
ki, yazıçıların böyük əksəriyyəti milli ruhu, milli xarakteri əsərlərində 
dürüst ifadə etdikləri üçün bu ödülü alıblar. Yaponiyanın ilk Nobel 
ödülçüsü Kavabata Ya 
sunariyə ödül məhz “yapon şüurunu, varlığını 
çatdıran yazıçılıq us talığına görə” verilib (1968-ci ildə)... 
Burada önəmli bir faktı qeyd etmək lazımdır: Yaponiya ye ganə ölkədir 
ki, yüzillərlə öz qapılarını yadellilərə, eləcə də, Av ropaya bağlı saxlayıb. 
XIX yüzildə baş verən Meyci in qilabına qədər yaponların digər millətlərlə 
heç bir ilişkisi ol mayıb. Burada başlıca məqsəd millətin varlığını, onun ta-
rixini, dilini, mədəniyyətini, ədəbiyyatını və s. yadelli təzyiq lərdən, təsir-
lər dən qorumaq idi. Bu gün dünyada yaponlar qədər öz milliliyini qoruyub 
saxlayan, orijinallığı, özünə məx susluğu ilə seçilən ikinci bir millət yoxdur. 
XIX yüzildən başlayaraq başqa mə dəniyyətlərə inteqrasiya, eləcə  də 
Av ropayla  hərtərəfli iliş kilər yaponlardan heç nə qoparıb ala bilmədi, 
yüzillərlə möh kəmlənən yapon milli təfəkküründən heç nə  əskilmədi, 
əksinə bu inteqrasiya onların yaşamına yeni bir rəng qatdı. Diqqət edin, bu 
inteqrasiya yaponları dəyişdirmədi, onların fikrini kökündən təzələmədi, 
məhz düşüncələrinə rəng qatdı. 
Bu gün kü yaradıcı gəncliyi məhz bu səviyyədə milliliyə səsləmək la-
zımdır. Qoy azərbaycanlı bir rəssamın, musiqiçinin, yazıçının  əsəri ilə 
tanış olanda, onun mahiyyətində bütöv Azərbaycan görünsün, bizim çox 
zəngin milli xarakterimiz burada öz əksini tapsın..! Axı bizim Vətənimiz 
yüzillərlə yadelli işğallara məruz qala-qala, başqa millətlərin təsirində 

SƏS... SÖZ... RƏNG...
6
ola-ola öz milli kimliyini yaşada bilib; dilini, ədəbiyyatını, musiqisini 
göz bəbəyi kimi qoruyub. Bu anlamda, ərəblərin, farsların, monqolların, 
rusların və b. millətlərin yüzillərlə  işğalı altında qalan millətimiz milli 
varlığını məhv olmağa qoyma yıbsa, onun milli mədəniyyətini yaşadığımız 
müstəqillik döv ründə qoruyub yaşatmaq heç də mürəkkəb iş deyil. 
DGTYB  ədəbi təşkilatdır, amma onun incəsənətin digər sahələri 
ilə  ədəbiyyatı  vəhdətdə götürən bir layihəyə imza atması sevindirici, 
qürurvericidir. 
Çalışmaları ilə Türk Dün yasında nüfuz qazanan DGTYB mənsublarının 
fədakar əməyi sayəsində ərsəyə gələn belə təd birlərin öz səmərəsini yaxın 
gələcəkdə gərəkən səviyyədə ve rəcəyini təxmin etmək çətin deyil.
dos.dr. Təranə TURAN (RƏHİMLİ), 
DGTYB 
Məsləhət Şurasının üzvü

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
7
Layihə rəhbərindən 
bir neçə söz
Söz, səs və təsvir. Bu üç məfhum həyatımızda  nə qədər bir-birindən 
fərqlənirsə, o qədər də bir-birilə bağlıdır. Bəşəriyyət  yarandığı dövrdən elə 
təbiətin gözəlliklərini, ecaz karlığını məhz bu üç məfhumla təsvir etməyə 
çalışıb. Təbi ətdəki estetik harmoniya insanı o qədər valeh edib ki, zaman-
zaman  kimisi gördüyü mənzərəni sözə çevirərək ədəbi ör nək lər yaradıb, 
kimisi təbiətdə eşitdiyi səslərdə – quşların civil tisində, çayların şırıltısında 
bir melodiya duyaraq, musiqi əsərləri bəstələmiş, kimisi də gördüyü 
mənzərələri fırça ilə  təsvir edərək möhtəşəm rəsm  əsərləri yaratmışdır. 
Bu üç fərqli sənət sahəsi hər zaman insanlığın mənəvi ruhunu zəngin-
ləşdirməklə yanaşı, həm də bütövlükdə  fərqli sənət sahələri arasında 
qarşılıqlı fikir mü badiləsinə və qarşılıqlı təsirə də imkan yaratmışdır. Hər 
zaman yaradıcı insanların fərqli düşüncələri və qarşılıqlı söh bətləri maraqlı 
tapıntılara gətirib çıxarır. Odur ki, fərqli sənət adam larının, özəlliklə də, 
gənc yaradıcı insanların düşün cələrini bir-birilə bölüşməsi önəm lidir.  Lakin 
çağdaş dövrü müzdə Azər baycanda  fərqli sahədən olan yaradıcı gənclərin 
bir araya toplanması  və bir-birinin yaradıcılığından bəhrələnməsi və ya 
ortaq layihələr gerçək ləşdirməsi az rastlanan haldır. 
   Qloballaşan dünyada baş verən proseslər, yüksək  tex no logiyaların 
inkişafının yaradıcı sahələrə təsiri və s. səbəblər üzündən bu gün ədəbiyyat, 
bəstəkarlıq və  rəssamlıq sahəsində istedadı ilə seçilən, parlaq gələcək 
vəd edən yaradıcı  gənclər arasında işbirliyi arzuolunan səviyyədə deyil. 
Odur ki, DGTYB Azərbaycan Respublikası Prezidenti yanında Gənclər 
Fon dunun  maliyyə  dəstəyi ilə  “Ədəbiyyat, Musiqi, Təsviri sənət və 
Gənclik” adlı layihə ilə çıxış etdi. Layihə çərçivəsində belə bir toplunun 
nəşri məqsədəuyğun sayıldı. Topluda gənc yazarların, rəssamların və 
bəstəkarların yaradıcılıq örnəkləri yer alır. Toplunun unikallığı da elə bu 
üç fərqli sənət sahəsində  uğur vəd edən yaxud uğur qazanmış yaradıcı 
(istedadlı) gənclərin yaradıcılıq örnəklərini daha geniş ictimaiyyətə 
təqdim et məkdir. Ümid edirik ki, bundan sonra bu layihə vasitəsi ilə tanış 
olan yaradıcı gənclər, bir-birinin əsərlərindən təsirlənərək, ortaq layihələr 
gerçək ləş dirəcək, in 
sanların estetik dəyərlərinin forma 
laş masına öz 
töhfələrini ve 
rəcəklər.
Beləliklə, sizləri gəncliyin yaradıcılıq örnəkləri ilə baş-başa qoyuruq…
Əfsanə ƏLƏSGƏRLİ

SƏS... SÖZ... RƏNG...
8
ŞEİR MEYDANI…
AFƏT VİLƏŞSOY 
(Afət Yusubəli qızı Abuşova) 
1985-ci ildə Masallıda doğulub.  Afət BDU-nun 
Filologiya fakultəsində oxuyub. Daha sonra təh-
silini BSU-nun Azərbaycan  ədəbiyyatı kafedrasının 
magistri olaraq davam etdirib. 2011-ci ildə isə 
yenidən doğma BDU-ya  qayıdaraq, dissertant 
kimi elmi fəaliyyətini davam etdirib; habelə BDU-
nun nəzdində  fəaliyyət göstərən “Gənc istedadlar” 
liseyinin müəllimi olaraq çalışmağa başlayıb.
“Könül pıçıltısı” (2004), “Çiçək nəğməsi” 
(2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” 
(2012) adlı kitabları  işıq üzü görüb. 2011-ci ildə Azərbaycan Prezidentinin 
Təqaüd Fondunun təqaüdçüsü olub. DGTYB-nin üzvüdür. 
Sənə…
Adım dilinə gəlsə,
sözlərin aydın olsun.
Dərdim səndən doğulub,
izlərin aydın olsun.
Sevgimiz qadağandı,
bəladı, qada-qandı...
Baxışım sadağandı,
nazlarım aydın olsun!
İlim-ilim itirəm,
nağıl oldum, bitirəm...
Sən getmə, mən gedirəm,
gözlərin aydın olsun..!
 
 
 
 
 
 
        17.08.2015

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
9
Mən səninçün darıxanda...
Ruhun duymaz, ölüb qallam yolunda,
Yazıq canım duruxanda nə edim?
Sən Tanrının mənə olan sevgisi,
Mən sevgiyə başağrısı, dərd idim…
Ürəyimin üzü də var, üzülmür,
Sənsiz olan yuxularım çözülmür;
Adam oğlu, döz deyirsən, dözülmür,
     Həsrət  içdim,       kədər  uddum,       
 
 
          qəm yedim...
Səndən gələn kəramətdi mənimçün,
Lap behiştə işarətdi mənimçün;
Səhər-axşam ibadətdi mənimçün,
Mən səninçün sevgimə də din dedim...
Qəfil sənə qoxum gəlsə, nə dersən?
Külək olub, işıq olub gələrsən?
Can yiyəsi, yenə özün bilərsən,
Mən səninçün darıxanda nə edim.?!
     
                          02.10.2015 
Daha nələrdi…
Sevəndə yazılır sevgi şeiri,
Sonradan yazılan xatirələrdi.
    
Vüsal 
Oğuz
Öldürdü bu sevgi, öldürdü bizi –
Bıçaqdı, tətikdi, daha nələrdi..?
Narahat ruhlardı yerə enənlər,
Həftənin günləri bəhanələrdi.
Yağıya, düşmənə gərəyimiz yox,
Qocalıb ölməyə diləyimiz yox;
Sevgidən keçirik, ələyimiz yox,
Ələnib keçənlər əfsanələrdi…
Güləndə üzünə düşən cizgidi,
Gedəndə yolunda qalan kədərdi..
“Sevəndə yazılır sevgi şeiri,
Sonradan yazılan xatirələrdi”...
   
 
 
 
 
                                            29.06.2015 

SƏS... SÖZ... RƏNG...
10
AMİL AĞALI
(Amil Vaqif oğlu Ağayev) 
06.04.1983-cü ildə Sumqayıtda do 
ğu lub. 
1990-2000-ci illərdə Sum 
qayıt  şə hər Mikayıl 
Müşfiq adına 34 saylı orta məktəbdə oxuyub. 
2014-cü ildən DGTYB-nin üzvü dür. 
Şəkillər
Üstümə, başıma baxıb getdilər,
Bir nəfər də məni görə bilmədi.
Bilmədi şəklimə dikilən gözlər,
Şəkillər gün-gündü, ilmə-ilmədi. 
Şəkillər fikirdi, duyulmaq üçün,
Bir guşəsin tutub durar həyatın;
Bir gün ilmə-ilmə sökülər bütün –
Daha mənasını duydun-duymadın…
Şəkillər sökülür, məna toxuyur,
Bəlkə də, ölmədə budur dirilmə...
Varlıq yox olduqca yoxluğu duyur,
Mənaya sadiqdir qopan hər ilmə…
…Məni də sevməkçün tanımaq gərək,
Görünüş, oluşu qapsayan pərdə…
İnsan dedikləri… Ürəkdi, Ürək!
İlişib dayanma görüntülərdə..!
Gərək ağıl sala hər şeyə nəzər,
Gərək həqiqəti seyr edə insan...
Yalnız şəkilləri görürsə əgər,
Nə fərqi, quşlardan, qarışqalardan?!

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
11
Şəkillər idrakla fikrin körpüsü,
Şəkillər məcazdır… fikir yürüdür…
Şəkillər bir böyük Sirrin örtüsü,
və də zərrə-zərrə təzahürüdür… 
Düşünmək 
Düşünmək nədir deyə,
Qapıldım düşüncəyə…
Göyləri “qarış-qarış 
gəzdi” xəyal köhlənim.
Hər yanlışım bir səbəb
olunca düşünməmə,
Düşünməyim, özümlə
mühakiməmmiş, demə…
Yaşamaq yanmaq ikən
Yanmaq-düşünmək imiş.
Közərirkən, bir “ah!”dan,
Məşələ dönmək imiş…
Düşünmək… vara-yoxa
Ondan əlac istəmək.
Düşünmək – O varlığa
Ruhən əl açmaq demək…
…Düşünmək – zaman, məkan
üstündəki bir yaşam… –
Mənim qəlb gözləriylə
həqiqətə tamaşam…

SƏS... SÖZ... RƏNG...
12
ARZUMAN  SAVADSIZ
 (Arzuman İman oğlu Orucov) –
1984-cü ildə Kəlbəcərin Ağdaban kəndində 
doğulub. Həmin kənd orta məktəbində 3-cü 
sinfə  qədər təhsil alıb.  Kəlbəcərin Ermənistan 
tərəfindən işğalı sonucunda doğma elindən 
məcburi köçkün düşmüş Arzuman, orta təhsilini 
belə davam etdirə bilməyib… Hazırda Goranboy 
rayonunun Qaraçinar kəndində  məskunlaşıb.
 
Təcnis
Qara qaşlar, qara gözlər, gül yanaq,
Bu naz da, qəmzə də bu gözəlindi.
Ləbini ver, gözlərində gül, yanaq,
Olub ağ göyərçin, gəl, gözəl, indi…
Gözəl olar tellərini dara, yan,
Gözəl deyir gözəl telim dara, yan.
Gözəl, mən olsaydım telin darayan,
El-oba deyərdi, bax, gözəl indi…
Büllur buxaq sinəsinin gül üstə,
Altı ləldi, cəvahirdi gül, üstə...
Ay Arzuman, bülbül oldun gül üstə,
Gələn gözəl, bil, sənin gözəlindi…
Bağlama
Bir əmmaya tuş olmuşam, həzarat,
Deyin, nədir:  ayağı bir, başı beş?
Gündən günə hər gün artır çoxalır,
Hey dolsa da, dolusu bir, boşu beş…

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
13
Deyin, nədir – biri yüzdü, yüzü bir,
Deyin kimdir – özü birdir, sözü bir?
Deyin, nəyin dizi birdi, izi bir? –
Üzü birdi, gözü birdi, qaşı beş…
Arzuman söyləsin ucadan uca,
Görənlər çalışır əlindən qaça…
Nə uşaqdı, nə cavandı, nə qoca,
Ayı birdi, günü birdi, yaşı beş…
Zəncirli, cığalı müxəmməs
 
Canı edib gözdən uzaq sanki cıxıb yoxa dilbər,
Yanıram hicran oduna, heç insafin yox, a dilbər.
Az da məni qane edər, tamahım yox çoxa, dilbər,
Məhəbbətdən kəm qalma sən, var dövləti çox, a dilbər.
Gözləri qara,
Telini dara,
Rəhm elə yara.
Qurbandı canı,
Eylə fərmanı,
ya ol cananı,
ya atıb eşqin oduna, yandır məni, yax, a dilbər…
Səni görcək aşiq oldum, bil, o hüsnü-camalına,
Gözlərim dikilib qalıb, ağ üzdə qara xalına.
Baxıban tamah eylədim dodağındakı balına,
A bimürvət, nəzər eylə, aşiqinin bu halına.
Çatarsan kama,
Gəlib ilhama…
Qıyma bu cana.
Gəzək bərabər,
Sinəsi mərmər,

SƏS... SÖZ... RƏNG...
14
Sərin meh əsər,
Mehi ilahi göndərib, qoy açılsın yaxa, dilbər…
Bir biçarə qulunam mən, sən ol ədalətli şahım,
çağır gəlsin cəlladını, əgər olarsa günahım.
Təkcə sənə bağlanmışam, eşqim, umudum, pənahım,
Sənsizliyə atma məni, ərşə çıxar aman ahım...
Səndən sevgi dilənmişəm,
Dərdə-qəmə bələnmişəm.
Ürəkdən güllələnmişəm,
Əmrin ilə ölənmişəm…
Salmısan gümana məni,
Döndərdin Məcnuna məni.
Etmisən pərvanə məni,
Eyləmə divanə məni,
Belə zülumkar olma, gəl, ol, ürəyi yuxa, dilbər.
Sənsiz keçir ömür hədər, gedir günüm-ayım boşa,
Keçən keçib, qalan ömrü aşiqinlə birgə yaşa.
Bir oturaq, qoşa gəzək, gəl, bərabər dolaq yaşa,
Görənləri valeh edək, gələk bu dunyada xoşa.
Olasan qismət payım,
Ulduzum, Günüm, Ayım.
Hər fəsildə çiçək aç,
İlkbaharım, isti yayım.
De, sənsiz keçən günü,
Necə ömürdən sayım?
“Hə” denən yara,
sağalsın yara.
Geyin zərxara,
qulluq et nara,
salma azara.
Görəndə Arzuman gəlir, qənşərinə çıx, a dilbər.

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
15
AYDAN ABDULLA
24 avqust 1998-ci ildə Bakıda doğulub. 
XI  sinif şagirdidir.  Poeziya aləminə  bəs-
lədiyi böyük həvəsi, sevdanı…  elə poeziyada tə-
calla etdirməyə çalışır.

Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə