Sərgi haqqında məlumat reklamın məqsədindən asılı olaraq daxili və xarici ola bilər. Sərgilər haqqında reklam məlumatının ən geniş yayılmış forması – elandır
Sərgi haqqında məlumat reklamın məqsədindən asılı olaraq daxili və xarici ola bilər. Sərgilər haqqında reklam məlumatının ən geniş yayılmış forması – elandır. Məzmununa və məqsədinə görə elanın bir neçə forması vardır. Anons, reklam, afişa, bildiriş və s. kimi əməli yazılar elan xarakterlidir. Elan bu və ya digər məlumatı uşaqlara, onların valideynlərinə, müəllimlərinə qabaqcadan çatdırmaqla təşkiledici missiyanı yerinə yetirir.
Bu gün kitabxanalara oxucu cəlb etməyin əsas şərtlərindən biri elanlarda tədbirin məzmununun necə təqdim edilməsi, nə şəkildə oxucuya çatdırılmasıdır. Keçiriləcək tədbir haqqında cəlbedici elan yazılmalı, tədbirdə iştirak edəcək şəxslərin adları və titulları qeyd edilməlidir.Uşaq kitabxanaları tədbirə maraqlı, göz və könül oxşayan adın seçilməsinə xüsusi diqqət yetirməlidirlər.