Ədəbiyyat siyahisi


Kütləvi tədbirlər şifahi, əyani və yazılı (mətbuat, çap) formalarda həyata keçirilir



Yüklə 68,25 Kb.
səhifə23/36
tarix25.12.2016
ölçüsü68,25 Kb.
#3076
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
Kütləvi tədbirlər şifahi, əyani və yazılı (mətbuat, çap) formalarda həyata keçirilir.

Məsələn: Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə “Sən elə bir zirvəsən“ adlı ədəbi bədii gecə kecirmək, “Bir dahi doğuldu, gəldi dünyaya”, “Vətən oğlu“, ”Dədə HeydərAtatürk”, ”Olməz insana” və s. başlıqlar altında sərgi təşkil etmək, Ulu öndərimiz Heydər Əliyevin uşaqlarla birgə keçirilmiş tədbirlərdən bəhs edən slaydlar göstərmək, Ulu öndər Heydər Əliyevə həsr olunmuş ”Sən elə bir zirvəsən“ şeir müsabiqəsi təşkil etmək olar.

Beynəlxalq qadınlar günü münasibəti ilə “Ana müqəddəsdir”, “Dünyada ən uca zirvədir - Ana!”, “Bütün müqəddəsləri, dahiləri də ana yetişdirib” adlı sərgi keçirmək, Taleh Həmidin "Ana dedim, qarşımda gözəl bir səhnə açıldı" kitabının icmalını keçirmək olar. Keçirilən bu tədbirlər anaların ülvüliyini, böyüklüyünü, əvəzsizliyini nəzərə çarpdırmaq arzusunun nişanəsidir. "Ana dedim, qarşımda gözəl bir səhnə açıldı" kitabı "Kitabi-Dədə Qorqud"dan "Sən sağ ol, qadın ana!" şeiri ilə başalyır. Kitabda Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulidən üzü bəri, yəni bugünkü günümüzə kimi şairlərin bu müqəddəs varlıq haqqında şeirləri toplanıb.

2 aprel- Beynəlxalq Uşaq Kitabı günü münasibətilə kitabxana Milli Uşaq Kitabı sərgisi təşkil edə bilər. Tədbiri keçirməkdə əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə bağlı onları milli uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməkdir. Kitab sərgisi oxu zalında keçirilir. Tədbirdə müxtəlif başlıqlar altında “Xalq yaradıcılığı paytaxtları”, “Nağıllar aləmində”, “Beşik”dən ərməğan”, “Təhsil nəşriyyatından”, “Altun nəşriyyatından”, “Gözlə bizi Qarabağ”, “Kitablarda mən hələ...”, “Dərədən, təpədən”, “Güvəncin nağılları”, “Çox oxuyan, çox bilər”, “Tarix- keçmişdən gələcəyə”, “Yeddi rəngli kəmərim” və s. kitab sərgiləri nümayiş olunmaqla 5 gün davam edə bilər. Həmin günlərdə kitabxanaya çoxlu sayda məktəblilər gələrək uşaq ədəbiyyatı nümunələri ilə tanış olurlar. Sərgi iştirakçılarına kitabxananın vizit kartları, əlfəcinlər və kitabxananın təsis etdiyi jurnalların hədiyyə edilməsi, oxucuların kitaba marağını daha da artırar. 30 Uşaqlar arasında “Boxçadan suallar” adlı viktorina keçirilmək, suala düzgün cavab tapanlara hədiyyələr vermək olar. Sərginin açılış günündə uşaq yazıçılarından Sevinc Nuru qızı, Gülzar İbrahimova, Rafiq Yusifoğlu, Zahid Xəlil, Ələmdar Quluzadə, Yayım Assosasiyasının əməkdaşları, məktəblilər, müəllimlər, valideynlər iştirak etməsi məqsədəuyğundur.Həmçinin kitabxanada “Kitab.Dünya.Uşaq” adlı dəyirmi masada keçirmək olar. Tədbirin keçirilməsində əsas məqsəd uşaq yazarlarını, rəssamlar və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltməklə, Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq, dünya arenasına çıxmaqdır.

Uşaq kitabxanalarında Azərbaycanın müstəqilliyinin memarı, qurucusu olan ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin anadan olması günü ilə əlaqədar hər il “Uşaq kitab bayramı” nın keçirilməsi məqsədəuyğundur.Tədbir zamanı uşaqlar arasında keçirilən “Heydər Əliyevin şah əsəri – Müstəqil Azərbaycan” adlı şəkil müsabiqəsinin, uşaqların çox sevdikləri nağıl kitablarının paradının keçirilməsi bütün kitabsevərlərin diqqətini cəlb edər. Keçirilən bu tədbirlər sayəsində kitablar öz ürək sözlərini nəşriyyatlara, yazıçılara bildirə bilərlər.Tədbirdə “Heydər baba – Millət atası”, “Heydər Əliyev və uşaqlar” “Əsrin müqaviləsindən başlanan yol”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”, “Xalqa, Vətənə, Dövlətə sədaqət”.

Kitab sərgilərilərinin təşkil olunması məsləhətdir. Tədbirə məktəblilər, uşaq baxçasının məktəbə hazırlıq qrupunun uşaqları dəvət oluna bilərlər.

1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü həsr olunmuş “Dünyanı verək uşaqlara” adlı Uşaq Kitabı Bayramı keçirmək məqsədəuyğundur. Səhnənin baş tərəfində bayramın emblemi, hər iki

başqa şəxslərin dəvət olunması şagirdlərin məsuliyyətini və fəallığını artırır. Görüşlər şagirdlər üçün əsl mədəniyyət, kitab, mütaliə bayramına çevrilir.

1) “Müəllif kimdir?” Bir sıra sagirdlərə məşhur kitablardan parçalar yazılmış kartoçkalar paylanır. Hər kəs öz növbəsində kartoçkanı oxuyur və parçanın hansı əsərlərdən götürüldüyünü tapırlar.

2) Hər hansı bir müəllifin əsər və qəhrəmanlarını kim sadalayar?

3) Verilmiş hikmətli sözlərin, aforizmlərin müəllifi kimdir?

Orta yaşlı şagirdlər üçün ədəbi oyunlar müxtəlif mövzulara aid böyük tədbirlərin keçirilməsində daha çox istifadə olunur: Kitablar aləminə səyahət, doğma ölkəmizə səyahət və s. Belə oyunların keçirilməsi üçün geniş hazırlıq aparılır, əsərlərin 52 siyahısı verilir, onun keçirilmə vaxtı elan edilir, məqsədi və vəzifəsi haqqında qısa söhbət keçirilir ki, bu da şagirdlərin oyuna ciddi hazırlaşmasına səbəb olur.



Yüklə 68,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin