Ədədi dəyişənləri təsvir etmək üçün cədvəl və qrafiklər



Yüklə 55,65 Kb.
səhifə1/2
tarix21.01.2023
ölçüsü55,65 Kb.
#79999
  1   2
New Microsoft Word Document

Ədədi dəyişənləri təsvir etmək üçün cədvəl və qrafiklər


(ədədi dəyişənlərin təsvir formaları)
Verilən hər hansısa məlumatın ən geniş yayılmış təsvir olunma forması cədvəllə təsvir olunma formasıdır. Ayrılıqda heç bir məna kəsb etməyən, heç bir fikir ifadə etməyən ədədlər, yəni verilənlər toplusu müəyyən bir səbəb üçün cədvəl jalına salındıqda statistik informasiya daşıyan yararlı bir məlumata çevrilə bilər. Məsələn ğlkəmizin müəyyən bölgələrində yaşayan insanların sayını ifadə edən ədədlər ayrı-ayrılıqda bir fikir ifadə etməsə də onların vahid cədvəl halına salınmış formada təsviri artıq yararlı statistik informasiya hesab oluna bilər ki, bu da ədədi verilənlərin cədvəl halında təsvirinə bir nümunədir.
Əgər biz cədvəlin tərifinə nəzər salsaq görərik ki, cədvəl dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • Statistik və ya faktoqrafik informasiyaları müəyyən qaydada və asılılıqla əks etdirən qrafiki forma;

  • Operativ axtarış aparmaq üçün mümkün olan verilənlərin yığımı;

  • Qrafalar (xanalar) üzrə müəyyən qaydada yazılmış hər hansı məlumat və ya rəqəmlər siyahısı.

  • Sətirlərə və sütunlara bölünmüş nizamlanmış toplu halında ifadə edilmiş məlumatlar.

Bütün bu təriflərdən görünür ki, cədvəl toplu halında verilmiş müxtəlif məlumatların təsvir formasıdır.
Bütün cədvəllər üçün xarakteriktik olan ortaq xüsusiyyətlər vardır. İlk öncə istənilən cədvəlin başlıq informasiyasını əks etdirən “cədvəl başlığı” bölməsi vardır. Bu bölmənin əsas funksiyası cədvəllə tanış olan oxucuya cədvəl daxilində təsvir edilmiş və ya təsvir ediləcək verilənlər haqqında ilkin məlumatı, yəni cədvəlin nə məqsədlə, hansı informasiyalardan təşkil olunaraq qurulduğunu və ya qurulacağını çatdırmaqdır. Buna görə də cədvəlin başlığında qeyd olunmuş məlumat dəqiq, aydın və tam şəkildə verilməlidir. Lakin qeyd etmək lazımdır ki, bu məlumatın tam şəkildə verilməsi dedikdə cədvəl üçün lazım olan bütün məlumatlar başlıqda yer almamalıdır. Yəni, cədvəlin başlığı həm tam, həm də lokanik şəkildə verilməlidir. Əgər bu prinsipə əməl olunmazsa bu zaman cədvəl başlığı lazımsız formada uzadılmış hesab olunacaqdır.
Cədvəl 1

İstehsalçı

Model

tip

İl

Satış dəyəri (milyonla təsvir olunmuşdur)

Nokia

1100

adi

2003

250,0

Nokia

1110

adi

2005

247,5

Apple

iPhone 6 və iPhone 6 Plus

Smartfon

2014

224,0

Samsung

E1100

adi

2009

151,0

Motorola

RAZR v3

adi

2004

130,0

Huawei

P20, P20 pro və P20 lite

Smartfon

2018

32,0

Yuxarıda dünya üzrə ən çox sayda satılmış mobil telefonlardan ibarət statistik məlumatı özündə əks etdirən cədvəl təsvir olunmuşdur. Burada qırmızı rənglə qeyd olunan ilk sətir cədvəlin başlığıdır. Cədvəlin daxilində qara rəngdə təsvir olunmuş digər bütün məlumatlar isə cədvəlin gövdəsidir.


Əgər cədvəl daxilində qeyd olunan informasiyalar yalnız ədədlərdən və ədədi dəyişənlərdən təşkil olunubsa bu ədədi verilənlərin cədvəl formasında təsviri hesab olunur.
Ədədi məlumatı, ədədi dəyişənləri daim istifadə olunan normal, standart cədvəllərdən başqa xüsusi cədvəl növləri ilə təsvir olunması da mümkündür. Belə cədvəl növləri Tezlik paylanması cədvəli və kumulyativ paylanma cədvəlləridir.
Statistik cədvəllərin əsas məqsədi cədvəl daxilində verilənlərin qısa və ya cəm şəklində qarşılıqlı əlaqəsini təmin etməkdir. Cədvəl 1-i modifikasiya edib cədvəl 2də göstərilən formaya gətirək:
Cədvəl 2

İstehsalçı

Satış dəyəri

Nokia 1100
Nokia 1110
Apple iPhone 6 və iPhone 6 plus
Samsung E1100
Motorola RAZR V3
Huawei P20, P20 pro və P20 lite

250.000.000
247.500.000
224.000.000
151.000.000
130.000.000
32.000.000

Bu cədvəldə istehsalçı şirkətlər, yuxarıdan aşağıya doğru sıralandıqda hər istehsalçı qrupuna aid olan rəqəmlər onun qarşısında müvafiq formada göstərilmişdir ki, buna da tezlik paylanması deyilir. Tezlik anlayışını cədvəldə təsvir olunmasının 4 növü vardır. Bunu cədvəl 2-ni nümunə götürərək belə izah etmək mümkündür.


I. Mütləq tezlik – hər bir istehsalçı şirkətə aid rəqəmləri göstərir;
II. Nisbi tezlik və ya faiz – cəm tezlik içərisində hər bir istehsalçıya aid satış dəyərinin payını yəni nisbi dəyərini göstərir;
III. Kumulyativ mütləq tezlik –bütün mütləq tezliklərinin cəmini göstərir;
IV. Kumulyativ nisbi tezlik və ya kumulyativ faiz– bütün nisbi tezliklərin cəmini göstərir.
Tezlik paylanmasının başlıca məqsədi məlumatın süzgəclənməsini, yəni qaydaya salınmasını təmin etməkdir.
Ədədi dəyişənlərin bir digər təsvir forması qrafiki təsvir formasıdır ki, bunlara əsasən histoqramlar və diaqramlar.
Əgər biz cədvəl 2-ni cədvəl formasında deyil qrafiki formada təsvir etsək bu histoqram adlanar.
Bunun üçün öncəliklər tezlik paylanmasını tətbiq edərək satış dəyərinin intervallarını müəyyən etməliyik.
İlk öncə satış dəyərini artan sıra ilə yazaq:
32; 130; 150; 224; 247,5; 250
Ümumilikdə 6 isteshalçı şirkət üzrə satış dəyəri təsvir olunmuşdur. Göstərilən bu 6 dəyərə uyğun olaraq aşağıdakı intervalları təyin edə bilərik. İnterval arası qiyməti 50 nəzərdə tutsaq o zaman:
0 – 50 arası bir şirkət vardır (Huawei) və 32 milyon satış dəyərinə malikdir;
50 – 100 arası yoxdur;
100 – 150 arası bir şirkət vardır (Motorola) və 130 milyon satış dəyərinə malikdir;
150 – 200 arası bir şirkət vardır (Samsung) və 151 milyon satış dəyərinə malikdir;
200 – 250 arası iki şirkət vardır (Apple) 224 milyon, və (Nokia) 247,5 milyon satış dəyərinə malikdir;
250 – 300 arası bir şirkət vardır (Nokia) 250 milyon satış dəyərinə malikdir.
Bunu öncə cədvəl, daha sonra isə histoqram formasında təsvir edək
Cədvəl 3

interval

tezlik

0-dan 50-yə qədər
50-dən 100-ə qədər
100-dən 150-yə qədər
150-dən 200-ə qədər
200-dən 250-yə qədər
250-dən 300-ə qədər

1
0
1
1
2
1

Şəkil 1

Burada şəkil 1 histoqramdır.

Diaqram formasında təsvir


Diaqramın ən geniş yayılmış növləri bunlardır: gövdə və yarpaq diaqramı, sütunlu diaqram, dairəvi diaqram, pareto diaqramı, səpilmə diaqramı, xətti diaqram
Cədvəl 4

İstehsalçı və model

Satış dəyəri (milyonla)

Nokia 1100
Nokia 1110
Apple iPhone 6 və iPhone 6 plus
Samsung E1100
Motorola RAZR V3
Huawei P20, P20 pro və P20 lite

250
247.5
224
151
130
32

Cədvəl 4-ü sütunlu diaqram formasında təsvir edək (Şəkil 2)


Şəkil 2

Dairəvi diaqram formasında təsvir edək (Şəkil 3):

Şəkil 3

Pareto diaqramı formasında təsvir edək:
Öncəliklə Faizi hesablayaq:

Bütün istehsalçıların satış dəyərinin cəmi=250+247,5+224+151+130+32=1034,5
Cədvəl 5


İstehsalçı və model

Satış dəyəri (milyonla)

Faiz

Kumulyativ faiz

Nokia 1100
Nokia 1110
Apple iPhone 6 və iPhone 6 plus
Samsung E1100
Motorola RAZR V3
Huawei P20, P20 pro və P20 lite

250
247.5
224
151
130
32

24,1%
23,9%
21,7%
14,6%
12,6%
3,1%

24,1%
48%
69,7%
84,3%
96,9%
100%

Bunu pareto diaqramları kimi təsvir edək:


Şəkil 4

Şəkil 5



Yüklə 55,65 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin