<< (sola sürüşmə) və >> (sağa sürüşmə). Aşağıdakı misalda x=5 olduqda, y=5<<1 və y=5>>1 sürüşdürmə operatorlarının necə işləməsi göstərilmişdir. Birinci misalda y-in qiymətinin hesablanması zamanı x-in qiyməti 1 vahid sola, ikinci misalda isə 1 vahid sağa sürüşdürülür. Alınmış nəticə 2-yə vurlurur (1-ci halda) və ya 2-yə bölünür (2-ci halda).
Əgər ədədi 16-ya vurmaq lazımdırsa, onda onu 4 bit (16=24) sola sürüşdürmək lazımdır. Əgər ədədi 8-ə bölmək lazımdırsa, onda onu 3 bit (8=23) sağa sürüşdürmək lazımdır.
Misallar:
x = 5 # 3 bit sola sürüşmə, yəni 2**3 = 8-ə vurma
y = x << 3 # y = x*2**3 = 40
print('x = ', x)
print('y = x<<3 = ', y)
x = 25
y = x >> 2 # y = x : 2**2=6
print('x = ', x)
print('y = x>>2 = ', y)
# Mənfi ədədlər üçün
x = -10
y = x << 1 # y = -20
print('x = ', x)
print('y = x<<1 = ', y)
x = -100
y = x >> 3 # y = -13 (2**3=8, 100 : 8 = 13
print('x = ', x)
print('y = x>>3 = ', y)
Proqramın icrası aşağıdakı nəticəni verəcək:
x = 5
y = x<<3 = 40
x = 25
y = x>>2 = 6
x = -10
y = x<<1 = -20
x = -100
y = x>>3 = -13
1>3>1>3>1>
Dostları ilə paylaş: |