Ədim Aərbaycan dövlətləri(Atropatena və Albaniya). Atropatena



Yüklə 19,7 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü19,7 Kb.
#46378
1   2   3   4
2.Qədim Aərbaycan dövlətləri

İqtisadi həyat. Albaniyada və Atropatenada quldarlıq klassik quldarlıq səviyyəsinə qalxmamış, qul əməyindən əsasən məbəd təsərrüfatında və ev işlərində istifadə olunmuşdur. Antik müəlliflər Albaniyada ölkənin qərbindəki “müqəddəs vilayətin” məbəd qullarının əməyindən istifadə edilməsi barədə məlumat verirlər. Quldarlıq quruluşu dövründə də Azərbaycan əhalisinin başlıça məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. Strabon yazırdı ki, Alban düzənliyi “ Babilistan və Misirdəkindən daha yaxşı suvarılır”. A.Marselli isə Atropatenada əkinçiliyin geniş inkişaf etməsi barəsində ətraflı məlumat verir. Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış xış, kirkirə, sürtgəc, vəl və s. kənd təssərüfatı alətlərinin qalıqları əkinçiliyi ən gəlirli sahələrdən birinə çevirmişdir. Sıx suvarma şəbəksinə malik olan Albaniyada bəzi torpaqlar ildə 2-3 dəfə məhsul verirdi. Əkinçilikdə başlıca sahələr taxılçılıq və bağçılıq idi. Alban əhalisinin məşğuliyyətində balıqçılıq da geniş yer tuturdu. Əlverişli və geniş yem ehtiyatlarına malik olan otlaqların mövcudluğu birsıra maldarlıq sahəsinin inkişafı üçün gözəl şərait yaradırdı. Azərbaycanın qədim sakinləri qoyun, keçi, at, dəvə və s. Saxlayırdılar.
Yüklə 19,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin