34
ABBAS SƏHHƏT
(1874-1918)
Abbas Səhhət (Abbas
Əliabbas oğlu Mehdizadə, hə-
kim, şair, dramaturq, tərcüməçi)
1874-cü ildə Şamaxıda ruhani
ailəsində dünyaya gəlmiş, ilk
təhsilini elə burada almışdır.
1900-cü ildə Tehran Universi-
tetinin tibb fakültəsini bitirmiş və rus, ərəb, fars və
fransız dillərini mükəmməl öyrənmişdir. 1905-ci ildə
“Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha
sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın
səsi” şeirləri işıq üzü görür.
1912-ci ildə “Sınıq saz” (şeirlər) və Avropa şair-
lərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər
toplusu çap olunur. Bir qədər sonra “Əhmədin şü-
caəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şə-
hərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhət yaradıcılığına Şərqin Nizami, Ha-
fiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. Ən
gözəl əsərlərini 1908-ci ildə baş vermiş İran inqilabına
həsr etmişdir. O, uşaqlar üçün yazılmış “Yay”, “Ata
və oğul”, “Quşlar” və onlarla başqa şeir və mahnıların
müəllifidir.
Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat etmiş-
dir.
35
VƏTƏNİM
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə namü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa da, ol şəxsdə vicdan olmaz!
|