Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15073
1   ...   11   12   13   14   15   16   17   18   19

İmam Nəvəvi 
 - rahmətullahi aleyhi -  
 
Yəhyə  İbn  Şərəf  İbn  Murri  Həsən  İbn  Hüseyin  İbn  Nizam  ən-
Nəvəvidir.  Kunyəsi  Əbu  Zəkəriyyə  Muhyiddindir.  Nəvəvi  Şamın 
şərq  tərəfində  Havran  qəsəbəsində  Nəva  adlanan  yerdə  hicrətin 
631-ci  ili,  Məhərrəm  ayında  dünyaya  gəlmişdi.  Hələ  kiçik 
yaşlarında  ikən  Allah  onun  qəlbində  din  və  elm  sevgisini 
yerləşdirmiş,  buna  görə  də  Qurani  Kərimi  hifz  etmişdi.  Elm 
öyrənməkdə  atasının  böyük  rolu  olmuşdur.  İmam  Nəvəvi  – 
rahmətullahi  aleyhi  –  rəbbani  bir  alimdir.  Dünya  həyatında  zahid, 
ağır, təvəzökar, heybətli bir kişi idi. Allaha itaətdə bir an belə haqq 
yoldan  əyilməzdi,  yaxşılığı  əmr  edib,  pislikdən  çəkindirərdi. 
Əmirlərə  öyüd-nəsihət  verib,  Allahın  yolunda  qınayanın 
qınamasından  qorxmazdı.  İmam  Nəvəvi  hicrətin  676-cı  ilində 
Rəcəb  ayının  24-cü  günü  Nəvada  vəfat  etmişdi.  Qəbri  hələ  də 
bilinməkdədir. Vəfat etdiyi vaxt yaşı 45-ə çatmışdı. Bu az bir ömür 
ərzində  mübarək  bir  həyat  sürmüş,  ömrünü  ibadət,  itaət, 
öyrənmək  və  oyrətməklə  keçirmişdi.  Nəvəvi  bilindiyinə  görə 
evlənməmiş  dünyasını  dəyişmişdi.  Çünkü  çox  kasıb  idi.  İmam 
Nəvəvi  –  rahmətullahi  aleyhi  –  bu  mübarək  həyatında  olduqca 
dəyərli əsərlər yazmışdı. Bu əsərləri oxuyan hər bir şəxs, bu alimin 
dahiliyinin vurğunu olur. Bizə gəlib çatan  əsərlər arasında bunları 
qeyd  etmək  olar.  1.  «Əl-Minhəc  fi  Şərhi  Səhihi  Muslim  ibnul-
Həccac».  2.  «əd-Dəqaiq».  3.  «Təhzibul  Əsmai  vəl  Lüğət».  4. 
«Minhəcut  Talibin».  5.  «Bustanul Arifin».  6.  «Riyadus  Salihin  min 
Kələmi  Seyyidil Mursəlin».  7.  «əl-Məqasid».  (Tövhidə  aid əsər).  8. 
«əl-Mənsurat». (Fiqh və Fətvalara aid). 9. «Muxtasarut Tibyən». 10. 
«Ravdatul Talibin». (Fiqhə aid əsər) və s. 

 
176 
Muhəmməd İbn Yəzid İbn Məcə 
rahmətullahi aleyhi -  
 
Əbu  Abdullah  Məhəmməd  İbn  Yəzid  İbn  Məcə  əl-Qəzvini.  H. 
207-ci ildə dünyaya gəlmişdir. Sünən İbn Məcə əsərinin müəllifidir. 
H.  273,275-ci  ilə  Ramazan  ayında  dünyasını  dəyişmişdir.  Böyük 
alim  Əbu  Yəla  əl-Xəlili  – rahmətullahi aleyhi – demişdir:  “Ibn Macə 
bütün  alimlərə  görə  mötəbər,  hamı  tərəfindən  qəbul  edilən  və 
hədis  elmlərinə  malik  olan  böyük  alimdir”.  Kitabın  təhqiqçisi 
doktor  Məhəmməd  Fuad  AbdulBaqi,  bu  kitabda  4341  hədis 
olduğunu  deyir.  Bu  hədislərdən  3002-sini  sünnəsinin  əsas  məxəzi 
olan digər beş kitabdan hər birində və yə bəzilərində mövcuddur. 
Yerdə qalan 1339 hədis isə bu beş kitabda yoxdur. Onları aşağıdakı 
qisimlərə bölmək olar: 
 
İshaq İbn İbrahim İbn Rahaveyh 
rahmətullahi aleyhi -  
 
Əbu Yaqub İshaq  İbn İbrahim  ət-Təmim  əl-Hənzəli əl-Mərvəzi. 
Hədis  elmində  hafizdir.  H.  161,  166-cı  ildə  dünyaya  gəlmişdir. 
Nisapurda  yaşamış  və  şərqin  böyük  alimlərindən  sayılmışdır. 
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Mən İraqda İshaq ilə 
müqayisə  ediləcək  bir  kimsə  tanımıram».  Əbu  Zura  ər-Razi  – 
rahmətullahi aleyhi – deyir ki: «İshaqdan daha çox hədis bilən kimsə 
yoxdur». H. 238-ci il Şaban ayının 15 dünyasını dəyişmişdir.  
 
Əhməd İbn İbrahim Əl-İsmail 
rahmətullahi aleyhi -  
 
Əbu  Bəkr  Əhməd İbn İbrahim  İsmail  İbn əl-Abbas  əl-İsmail əl-
Curcani. Öz dövrünün Şeyxulİslamı, hafiz. H. 277-ci ildə dünyaya 
gəlmişdir. H. 371-ci ilə Rəcəb ayında dünyasını dəyişmişdir.  

 
177 
Əhməd İbn Amr Əl-Bazzar 
rahmətullahi aleyhi -  
 
Əbu  Bəkr  Əhməd  İbn  Amr  Abd  əl-Xaliq  əl-Bəsri.  Dövrünün 
alimi,  hafiz,  bir  çox  əsərlərin  Musnəd  əl-Kəbir,  əl-İlyal  müəllifi. 
Təbərani  və  s.  kimi  məşhur  hədis  alimlərindən  dərs  almışdır.  H. 
292-ci ildə dünyasını dəyişmişdir.  
 
Abdullah İbn Ali İbn Əl-Carud 
rahmətullahi aleyhi -  
 
Muhəmməd  Abdullah  İbn  Ali  İbn  əl-Carud  an-Nisapuri. 
Muntaqa  fi  əl-Əhkam  əsərinin  müəllifi.  Məkkə  yaxınlığında 
yaşamış  və  insanları  Qurani  Kərimin  oxunuşunu  öyrədərdi.  Öz 
dövrünün  dahilərindən  sayılır.  H.  307-ci  ildə  dünyasını 
dəyişmişdir.  
 
Əl-Xaris İbn Əbu Usamə 
rahmətullahi aleyhi -  
 
Əbu Məhamməd əl-Xaris İbn Əbu Usamə Məhəmməd Dəhir ət-
Təmim  əl-Bağdadi.  H.  186-cı  ildə  dünyaya  gəlmişdir.  əl-Musnəd 
əsərinin  müəllifidir. İbrahim  əl-Hərbi  və Əbu Xatim  – rahmətullahi 
aleyhi  –  onu  etibarlı,  Daraqutni  –  rahmətullahi  aleyhi  –  isə  sadiq 
adlandırmışdır. H. 282-ci il Ərafə günü dünyasını dəyişmişdir.  
 
Əbu Abdullah Əl-Həkim 
-
 
rahmətullahi aleyhi – 
 
Əbu Abdullah Muhəmməd İbn Abdullah İbn Hamuduveyh İbn 
Nuaym  b.  əl-Həkim,  Əbu  Abdullah  b.  əl-Bəyy  əd-Dabbi  ən-
Nişapuri əş-Şafii. ən-Nisapuri əl-Həkim. Həmçinin İbn Bəyy adı ilə 

 
178 
də  məşhurdur.  H.  321-ci  ildə  Nisapurda  dünyaya  gəlmiş,  əl-
Mustədrək, Tarixi Nisapur əsərlərinin müəllifidir. 2000 minə yaxın 
alimdən dərs almışdır. Tələbələri Daraqutni, Əbu Yəla, Beyhəqi və 
s.  məşhur  alimlərdir.  H.  405-ci  il  Səfər  ayında  dünyasını 
dəyişmişdir.  
 
Muhəmməd İbn Hibban 
rahmətullahi aleyhi -  
 
Əbu Xatim İbn Muhəmməd İbn Hibban İbn Əhməd İbn Hibban 
əl-Busti.  Sicistan  yaxınlığında  yerləşən  (Əfqanıstandakı)  Bust 
adlanan  yerdəndir.  H.  270  dən  sonra  dünyaya  gəlmişdir.  İbn 
Xuzeymə, İbn Quteybənin ən yaxşı tələbələrindəndir. Əsərləri “əs-
Siqat”, “Musnədus Səhih alə Təqasim vəl Ənva”, “Ravdatul Uqala” 
və  “Nuzhətul Fudala”  kimi  bir  çox  əsərləri  vardır.  H.  354-cü il  80 
yaşında Səmərqənd şəhərində dünyasını dəyişmişdir.  
 
Muhəmməd İbn İshaq İbn Xuzeymə 
rahmətullahi aleyhi -  
 
Muhəmməd İbn İshaq. Hafiz, Muhəddis, Şeyxulİslam. H. 223-ci 
ildə  Nişapur  şəhərində  dünyaya  gəlmişdir.  Xorasanın  ən  məşhur 
alimlərindən  sayılırdı.  140  yaxın  əsərin  müəllifidir.  H.  311-ci  ildə 
nişapur şəhərində dünyasını dəyişmişdir.  
 
İbn Əbu Heysəmə 
rahmətullahi aleyhi -  
 
Əbu Bəkr Əhməd İbn Əbu Heysəmə Zuheyr İbn Hərb ən-Nəsai 
əl-Bağdadi.  Hədis  elmində  məşhur  hafizlərdəndir.  Müəllimləri 
İmam  Əhməd  və  Yəhyə  İbn  Məin  –  rahmətullahi  aleyhi  –  kimi 

 
179 
dahilər  olmuşlar.  “Tarix  əl-Kəbir”  əsərinin  müəllifidir.  H.  289-cu 
ildə 94 yaşında dünyasını dəyişmişdir.  
 
Əli İbn Ömər Əd-Daraqutni 
rahmətullahi aleyhi -  
 
Əbu əl-Həsən Əli İbn Ömər İbn Əhməd İbn Məhdi əl-Bağdadi. 
Bu ləqəbi Bağdad yaxınlığında yerləşən böyük bir bazarın adından 
götrülərək Dar əl-Qutn adlandırılmışdır. Hədisdə hafizdir. H. 306-
ci  ildə  dünyaya  gəlmişdir.  “əs-Sifət”,  “Əhədisu  Sifət”,  “Əhədisu 
Nuzul”,  “Fadailus  Səhabə”,  “Nususul  Mutəallika  Bi  Ruyətil  Bərii 
Subhənəhu”  əsərləri  vardır.  H.  385-ci  ildə  Zul  Qədə  ayının  8 
dünyasını dəyişmişdir
250
.  
 
AbdurRahman İbn Mehdi 
rahmətullahi aleyhi -  
 
AbdurRahman  İbn  Mehdi.  H.  198-ci  ildə  vəfat  emişdir.  İmam 
Şəfii  –  rahmətullahi  aleyhi  –  onun  barəsində  demişdir:  “Dünyada 
onun  bənzərini  bilmirəm” Əli İbn  əl-Mədini  – rahmətullahi aleyhi – 
dedi  ki:  “İnsanlar  içərisində  hədisi  ən  yaxşı  bilən  AbdurRahman 
İbn Mehdidir”.  
 
Abdullah İbn ƏbdurRahman Əd-Darimi 
rahmətullahi aleyhi -  
 
Muhəmməd  Abdullah  İbn  ƏbdurRahman  İbn  əl-Fadl  İbn 
Bəhram  ət-Təmimi  əd-Darimi  əs-Səmərqəndi.  Səmərqəndin 
Şeyxulİslamı,  hafiz.  H.  181-ci ildə  dünyaya  gəlmişdir.  “əl-Musnəd 
əl-Ali”  əsərinin  müəllifidir.  Tələbələri  məşhur  hədis  alimləri 
                                                
250
 “Təzkiratul Huffaz” 3/396, “Tarixu Bağdadi” 2/243, “Tarihut Turas” 1/314.  

 
180 
Müslim,  Əbu  Davud,  Tirmizi,  Nəsaidir.  H.  255-ci  ildə  dünyasını 
dəyişmişdir
251
.  
 
Əbu Davud Ət-Tayalisi 
-
 
rahmətullahi aleyhi –  
 
Süleyman  İbn  Davud  İbn  əl-Carud  əl-Farisi  əl-Bəsri.  əz-
Zubeyrin nəslindəndir. Hədisdə hafizdir. 1000 yaxın alimdən dərs 
almışdır. H. 204-cü ildə 80 yaşında dünyasını dəyişmişdir.  
 
İbn Əbi Dünya 
rahmətullahi aleyhi -  
 
Əbu Bəkr Abdullah İbn Muhəmməd İbn Ubeyd İbn Sufyan İbn 
Əbu əd-Dunyə əl-Qurayşi əl-Bağdadi. Bəni Umeyyə nəslindədndir. 
H.  208-ci  ildə  dünyaya  gəlmiş  və  bir  çox  əsərlərin  müəllifidir.  H. 
281-ci il Cumadaul Ula ayında dünyasını dəyişmişdir.  
 
Səid İbn Mənsur 
rahmətullahi aleyhi -  
 
Səid  İbn  Mənsur  İbn  Şuba  əl-Mərvəzi  (və  ya  ət-Talikani)  əl-
Bəlxi.  Sünən  əsərinin  müəllifidir.  Məkkə  yaxınlığında  yaşamışdır. 
Hər  İbn  Kərmani  deyir  ki:  «O,  10  min  hədisi  əzbərdən  bizə 
demişdir». H. 227-ci ildə 90 yaşında dünyasını dəyişmişdir.  
 
Səid İbn Osman İbn Əs-Sakan 
rahmətullahi aleyhi -  
 
                                                
251
 “Təhzibut Təhzib” 6/279.  

 
181 
Əbu Ali Səid İbn əs-Sakan əl-Bağdadi. Hədis alimlərindəndir. H. 
294-cü  ildə  dünyaya  gəlmişdir.  H.  353-cü  ildə  dünyasını 
dəyişmişdir.  
 
İbn Əbi Şeybə 
- rahmətullahi aleyhi – 
 
Əbu Bəkr Abdullah İbn Muhəmməd İbn Əbu Şeybə İbrahim İbn 
Osman İbn Həvasi əl-Ənsi əl-Kufi. “əl-Musnəd”, “əl-Musənnəf” və 
s.  əsərlərin  müəllifidir.  Tələbələri  məşhur  hədis  alimləri  Buxari, 
Əbu Zura ər-Razi, Müslim və Əbu Davud – Allah onlardan razı olsun 
olmuşlar. H. 235-ci ildə Məhərrəm ayında dünyasını dəyişmişdir.  
 
Süleyman İbn Əhməd Ət-Təbərani 
rahmətullahi aleyhi -  
 
Əbul  Qasım  Süleyman  İbn  Əhməd  İbn  Əyub  İbn  Mutayyir  əl-
Ləhmi  ət-Təbərani.  Hədis  alimlərindəndir.  H.  260-cı  ildə  Şamın 
yaxınlığında  yerləşən  Təbəriyə  adlanan  yerdə  dünyaya  gəlmişdir. 
1000 yaxın alimdən dərs almış, şamda hədis toplamağa başlamış və 
bundan sonra 30 ilə yaxın elm öyrənmək üçün səfərlər etmişdir. Ən 
məşhur  əsərlərindən  “Mucəmul  Kəbir”,  “Mucəmul  Ausat”, 
“Mucəmul  Sağir”.  H.  360-cı  ildə  Zul  Qadə  ayının  27  İsfəhan 
şəhərində dünyasını dəyişmişdir
252
.  
 
Əbu Bəkr Əhməd İbn Muhəmməd İbn Həni 
rahmətullahi aleyhi -  
 
Əsrəm  olaraq  tannıq.  İmam  Əhmədin  –  rahmətullahi  aleyhi  – 
tələbələrindəndir.  İmam  Zəhəbi  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 
                                                
252
 “Təzkiratu Huffaz” 3/786, İbn Kəir “əl-Bidayə” 11/148.  

 
182 
“Yazdığı  kitablar  onun  Sünnəyə  bağlılığına,  elminin  dərinliyinə 
dəlalət edir”
253
.  
 
Əhməd İbn Muhəmməd İbn Harun Əl-Həllal 
rahmətullahi aleyhi -  
 
Əbu  Bəkr  Əhməd  İbn  Muhəmməd  İbn  Harun,  Həllal  olaraq 
məşhurdur.  “Sünnət  və  Cəmii”  kitablarının  müəllifidir.  H.  311-ci 
ildə vəfat etmişdir
254
.  
 
İbn Abdul Bərr 
rahmətullahi aleyhi -  
 
Əbu Ömər Yusuf İbn Abdullah İbn Muhəmməd İbn Abdul Bərr 
İbn Əsım ən-Namari əl-Qurtubi. Məğribin  hafizi,  Şeyxulİslamı.  H. 
368-ci  ildə  Rəbiul  Əvvəl  ayında  dünyaya  gəlmişdir.  “əl-İtisab” 
əsərinin  müəllifidir.  H.  463-cü  ildə  Rəbius  Sani  ayında  dünyasını 
dəyişmişdir.  
 
Abdul Haqq İbn AbdurRahman 
rahmətullahi aleyhi -  
 
Əbu Muhəmməd Abdul Haqq  İbn Abdurrahman  İbn Abdullah 
İbn  Huseyn  İbn  Səid  əl-Əzdi  əl-İşbili.  H.  510-cu  ildə  dünyaya 
gəlmiş İspaniyada Bidjiya adlanan yerdə yaşayırdı. Gözəl xatib və 
hafizdir. H. 581-ci ildə Rabius Sani ayında dünyasını dəyişmişdir.  
 
AbdurRazzaq İbn Humam 
rahmətullahi aleyhi -  
 
                                                
253
 “Tabaqatul Şafiiyə” 2/302, “Miratul Cinan” 2/193.  
254
 “Tabaqatul Hənəbilə” 1/180, “Təhzibut Təhzib” 5/141-143.  

 
183 
AbdurRazzaq  İbn  Humam  İbn  Nəfi  əl-Himyari  əs-Sənani. 
Hədisdə  hafizdir.  Tələbələrindən  İmam  Əhməd,  İshaq,  Yəhyə  İbn 
Main,  əz-Zuhli.  Ömrünün  sonuna  yaxın  yaddaşını  və  görmə 
qabiliyyətini itirir. H. 211-ci ildə 85 yaşında dünyasını dəyişir.  
 
Abdullah İbn Adiyy 
rahmətullahi aleyhi -  
 
Əbu Əhməd Abdullah İbn Adiyy əl-Curcani. İbn əl-Kisar adı ilə 
də məşhurdur. H. 279-cu ildə dünyaya gəlmiş, H. 365-ci il Cumədəl 
Axır ayında isə dünyasını dəyişmişdir.  
 
Muhəmməd İbn Amir Əl-Əqili 
rahmətullahi aleyhi -  
 
Əbu Cəfər Muhəmməd İbn Amr İbn Musa İbn Həməd əl-Aqili. 
Hədis 
elmində 
hafizdir. 
“Duafa 
əl-Kəbir” 
ən 
məşhur 
əsərlərindəndir.  Hicazda  yaşamış  H.  322-ci  ildə  isə  dünyasını 
dəyişmişdir.  
 
Əbu Avanə 
rahmətullahi aleyhi -  
 
Yaqub  İbn İshaq  İbn İbrahim  İbn Zeyd  ən-Nisapuri  əl-İsfəhani. 
Məşhur  muhəddis,  hədis  elmində  hafiz,  əl-Musnəd  əs-Səhih 
əsərinin  müəllifidir.  H.  316-cı  ildə  İsfahanda  dünyasını 
dəyişmişdir.  
 
İbn Əl-Kattan 
rahmətullahi aleyhi -  
 

 
184 
Əbul  Həsən  Əli  İbn  Muhəmməd  İbn  Abdulməlik  əl-Fasi. 
Hədisdə  hafizdir.  H.  562-ci  ildə  dünyaya  gəlmişdir.  H.  628-ci  ildə 
Rəbiul Əvvəl ayında dünyasını dəyişmişdir.  
 
İbn Məndə 
rahmətullahi aleyhi -  
 
Əbu  Abdullah  Muhəmməd  İbn  İshaq  İbn  Muhəmməd  İbn 
Yəhyə  İbn  Məndə.  Hədisdə  hafizdir.  H.  310-cu  ildə  dünyaya 
gəlmişdir. H. 395-ci ildə Zul Qədə ayında dünyasını dəyişmişdir. 
 
Əbu Nueym Əl-İsfəhani 
rahmətullahi aleyhi -  
 
Əhməd  İbn  Abdullah  İbn  Əhməd  İbn  İshaq  İbn  Musa  İbn 
Məhran  əl-İsfəhani.  H.  334-cü  ildə  Rəcəb  ayında  dünyaya 
gəlmişdir.  Məşhur  hədis  alimlərindəndir.  Bir  çox  əsərlərin 
müəllifidir.  “Mustəxrəc  alə  Buxari”,  “Mustəxrəc  alə  Muslim”, 
“Hilətul  Auliya”,  “Fadailus  Sahabə”.  H.  430-cu  ildə  Məhərrəm 
ayının 20 İsfəhanda dünyasını dəyişmişdir
255
.  
 
Abdullah İbn Muhəmməd Əbu Şeyx əl-İsfəhani 
– rahmətullahi aleyhi – 
 
Əbu  Muhamməd  Abdullah  İbn  Muhamməd,  Əbu  Şeyx  əl-
İsfəhani  olarak  bilinir.  Hafız,  imam,  siqa,  muhaddis  və  məşhur 
müfəssir.  “əl-Izzə”  kitabının  ve  başka  eserlerin  sahibi.  H.369 
yılında vefat etti
256
.  
 
Əhməd İbn Əli Əbu Yala 
                                                
255
 "Təzkiratul Huffaz” 3/1098, Şəzəratuz Zəhəb” 3/243-244.  
256
 “Vəfiyatul Ayan” 2/407, “Təzkiratul Huffaz” 3/912.  

 
185 
rahmətullahi aleyhi -  
 
Əhməd İbn  Əli  İbn əl-Musənnə İbn Yəhyə  İbn  İsa  İbn  Hilal  ət-
Təmimi.  Hədisdə  hafizdir.  H.  210-cu  ildə  Şəvval  ayında  dünyaya 
gəlmişdir. “Musnəd əl-Kəbir” əsərinin müəllifidir. əs-Səməni deyir 
ki, mən eşitdim necə ki, İsmail İbn Muhəmməd İbn əl-Fədl əl-Hafiz 
dedi: “Mən əl-Adani, əl-Məni kimi muhəddislərin hədis kitablarını 
oxudum.  Bütün  bu  hədis  kitabları  çaylara  bənzəyir.  Əbu  Yəlanın 
hədis kitabı isə dənizə bənzəyir hansı ki, bu çaylar ora tökülür». H. 
307-ci ildə dünyasını dəyişmişdir.  
 
İbn Həcər Əl-Əsqəlani 
rahmətullahi aleyhi -  
 
Əhməd İbn Əli İbn Muhəmməd əl-Kinani əl-Əsqəlani Əbul Fadl 
Şihabiddin  İbni  Həcər  əş-Şafii.  H.  773/1372-ci  ildə  Misirdə  Qahirə 
Şaban  ayında  dünyaya  gəlmişdir.  Ailəsi  fələstinin  Əsqəlan 
şəhərindəndir.  150  yaxın  əsərin  müəllifidir.  Hədisdə  hafizdir.  H. 
852/1449-ci  ildə  Zul  Hiccə  ayının  18  dünyasını  dəyişir. 
Əsərlərindən  “ət-Təqrib”,  “Buluq  əl-Məram  min  Aədillət  əl-
Əhkam”,  “Təxric  əl-Kəşşəf”,  “Lisanul Mizan”  və  s. Ən  məşhur və 
ona  şöhrət  gətirən  əsəri  isə  “Fəthul  əl-Bəri  fi  Şərh  Səhih  əl-
Buxaridir”. Bu əsərə ön sözü H. 813-cü ildə vermişdir. Dörd ildən 
sonra isə bu əsəri yazmağa başlayır və H. 842-ci ildə 24 ilə bu əsəri 
bitirir.  
 
İbn Kəsir 
rahmətullahi aleyhi 
 
İmaməddin  Əbul  Fida  İsmail  İbn  Ömər  İbn  Kəsir.  Dəməşqdə, 
Bəsrənın  kəndlərinin  birində  H.  701-ci  ildə  dünyaya  gəlmişdir. 
Görkəmli  elm  xadimləri  olan  əl-Qasım  əl-Əsakir,  Muhəmməd  İbn 
Zirad, İbnur Radi, İbn Teymiyyə və s. dərs almışdır. Tələbələrindən 

 
186 
ən  məşhuru  İbn  Həcərdir.  Əsərləri  “Təfsirul  Quranil  Azim”,  “əl-
Bidayə  vən  Nihayə  fit  Tarix”.  Ömrünün  sonlarına  yaxın  gözlərini 
itirmiş H. 774-cü ildə 74 yaşında Şamda dünyasını dəyişmişdir.  
 
İbni Rəcəb 
rahmətullahi aleyhi 
 
Zeynuddin  Əbul  Fərəc  AbdurRahman  İbn  Şihabuddin  Əhməd 
İbn  Rəcəb  əl-Hənbəli  əl-Bağdadi.  H.  736-cı  ildə  Rəbiul  Əvvəl 
ayında  Bağdadda  dünyaya  gəlmişdir.  Əsərləri  “Qavaidul 
Fiqhiyyə”,  “Ulumul  vəl  Hikəm”  və  s.  H.  795-ci  il  Rəcəb  ayında 
Şamda dünyasını dəyişmişdir.  
 
İbnul Cövzi 
rahmətullahi aleyhi 
 
Əbu  Fərəc  Abdurrahman  b.  Əli.  H.  511-ci  ildə  dünyaya 
gəlmişdir.  Əbu  Bəkrin  nəslindəndir.  H.  597-ci  ildə  Bağdadda 
dünyasını dəyişmiş və Babu Hərb qəbristanlığında dəfn edilmişdir.  
 
İbn Qudamə 
rahmətullahi aleyhi 
 
Şeyx  Allamə  Muvaffəquddin  Əbu  Muhəmməd  Abdullah  İbn 
Əhməd  İbn  Muhəmməd  İbn  Qudamə  İbn  Miqdam  İbn  Nəsr  İbn 
Abdullah  əl-Məqdisi.  H.  541/1146  dünyaya  gəlmiş  H.  620/1233 
dünyasını dəyişmişdir. Əsərləri “əl-Muğni”, “əl-Kəfi”, “əl-Umda”, 
“Muxtəsər əl-Hidayə” və s.  
 
Əhməd İbn Əl-Huseyn Əl-Beyhəqi 
rahmətullahi aleyhi 
 

 
187 
Əbu  Bəkr  Əhməd  İbn  əl-Huseyn  İbn  Əli  İbn  Musa  əl-Beyhəqi. 
İmam,  Hafiz,  Alləmə. İmam  Zəhəbi  – rahmətullahi aleyhi - deyir  ki: 
“Daha öncə bənzəri yazılmamış kitablar yazmışdır”. H. 374-cü ildə 
Şaban  ayında  Nisapur  şəhəri  yaxınlığında  kiçik  bir  qəsəbədə 
dünyaya gəlmişdir.  “Sünən  əl-Kubra”,  “Sünən əs-Suqra”, “Şuabul 
İman”,  “əl-Mabsut”,  “Tərğib  vət  Tərhib”,  “əl-Əsmə  vəs  Sifət”, 
“Ərbəin  əl-Kubra”,  “Ərbəin  əs-Suqra”,  “Mənakib  İmam  Əhməd”, 
“Mənakib  İmam  Şafii”  və  s.  əsərlərin  müəllifidir.  H.  458-ci  il 
Cumadal Ula aytının 8 dünyasını dəyişmişdir. 
 
İbn Batta 
– rahmətullahi aleyhi - 
 
Əbu Abdillah Ubeydullah İbn Muhamməd əl-Əkbəri: İbn Batta 
olaraq tanınır. “İbanətul Kubra” və “İbanətus Suğra”-nın sahibidir. 
H. 387 ilində vəfat etmişdi
257

 
Həsən İbn Mənsur əl-Lələkai 
– rahmətullahi aleyhi - 
 
Əbul Qasım Hibətullah İbn Həsən İbn Mənsur əl-Lələkai: İmam, 
hafız, fəqih və Bağdadın muhəddisi. H.418 yılında vefat etti
258
.
 
 
 
İbn Həzm Əl-Əndəlusi 
rahmətullahi aleyhi 
 
Əli İbn Əhməd İbn Səid İbn Həzm İbn Ğalib İbn Saleh İbn Əbu 
Sufyan İbn Yəzid. H. 384-cü ildə dünyaya gəlmişdir. Atası Əndəlus 
dövlətində  mühüm  vəzifələrin  birində  çalışırdı.  Özünün  isə  İran 
əsilli olduğu da söylənilir. Əməviləri sevər, sevməyənlərə isə nifrət 
                                                
257
 “Tarixul Bağdad” 14/70-71, Təzkiratul Huffaz”: 3/1083, “Tarixut Turas” 2/194. 
258
 “Təzkiratul Huffaz” 3/1031, “Lisanul Mizan” 5/70-71, “Tarixut Turas” 1/353. 

 
188 
edərdi.  Ailəsi  əməvilərə  xidmət  etmiş,  bu  nəsil  İsapaniyaya 
getdikdə  isə  onlarla  bərabər  ora  köç  etmişdir.  H.  456-cı  ildə  isə 
dünyasını dəyişmişdir.  
 
Muhəmməd İbn Həsən Əş-Şeybani 
rahmətullahi aleyhi 
 
Muhəmməd, kunyəsi Əbu Abdullah, atası Həsən İbn Faxaddır. 
Hənfi məzhəbinin üç imamından biri. Əbu Yusufla birlikdə onlara 
İmameyn deyilir. H. 132/749-cu ildə Vasitdə doğulmuş, Kufədə isə 
boya-başa  çatmışdır.  İlk  dərslərini  Əbu  Hənifədən  –  rahmətullahi 
aleyhi  -  almış.  Onun  ölmündən  sonra  isə  Əbu  Yusufun  – 
rahmətullahi  aleyhi  -  yanında  dərs  almışdır.  Bundan  sonra  elm 
almaq  üçün  bir  çox  yerlərə  səyahətlər  etmiş  Şamda  Əvzainin, 
Məkkədə  Sufyan  İbn  Uyeynənin,  Xorasanda  Abdullah  İbn 
Mubarəkdən  dərs  almışdır.  Mədinə  də  isə  üç  ilə  yaxın  İmam 
Məlikdən  dərs  almışdır.  Öz  vətəninə  döndükdə  tələbələr 
hazırlamağa  başladı.  Tələbələrindən  Əsəd İbn  Furat,  Əbu  Hafs  əl-
Kəbir, Suleyman  əl-Curcani, Əbu Ubeyd Qasım  İbn Səllam, Yəhyə 
b.  Əksəm, İsmail  İbn  Təvbə  və s.  Digər  tələbəsi  isə  İmam  Şafiidir. 
H. 189/805-ci ildə vəfat etmişdir.  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin