Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15073
1   ...   11   12   13   14   15   16   17   18   19

119.  Əbul  Aliyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İslamı  doğru 
olaraq və ən gözəl bir şəkildə öyrənin! Öyrəndikdən sonra da əsla 
onun sağına və soluna sapmayın! Sıratal-Mustaqim üzərində israrlı 
və  qərarlı olun!  Peyğəmbərimizin və səhabələrin  Sünnət  üzərində 
yürüdükləri  yoldan  əsla  ayrılmayın.  İnsanlar  arasında  ayrılıq  və 
sapıqlıqlara səbəb olan nəfsi istəklərdən, bidətlərdən çəkinin»
383

 
120.  Abdullah  - radıyallahu anhu  –  deyir  ki:  «Sünnət  üzərə  olub 
az  əməl  etmək,  bidət  üzərə  olub  çox  əməl  etməkdən  daha 
xeyirlidir»
384
.  
 
121.  Zuhri  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Sünnətə  sımsıxı 
sarılmaq qurtuluşdur»
385

 
122.  Tirmizi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Elm  əhlinin 
nəznində  Cəmaat  –  fiqh,  elm  və  hədis  əhlidir»
386
.  İbn  Sinan  – 
rahmətullahi aleyhi – deyir ki: «Onlar, elm əhli və (səhabələrin) nəql 
etdiklərinə sahib olanlardır»
387

 
123.  əl-Əsbəhani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Səhih 
sənədlərlə Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən bizə gələn 
xəbərləri  bir-birindən  nəql  edərək  bizə  çatdıran  hədis  hafizlərinə, 
hədis əhli deyilir. Onlar hədisi öyrənməyə digər insanlardan daha 
çox  istəkli  olan,  onunla  əməl  etməkdə,  səhih  olanlarına  ən  yaxşı 
şəkildə  uyan,  Kitab  və  Sünnətə  əməl  edən  kimsələrdir.  Allahın 
                                                
382
 Əbu Nuaym əl-Əsfəhani «Hiylətul Övliya» 3/148.  
383
 İbn Batta «əl-İbanə» 1/299.  
384
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat» 1/55.  
385
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat» 1/56.  
386
 Tirmizi 4/465.  
387
 Bağdadi «Şərəfu Əshəbul Hədis» s. 26-27.  

 
222 
Rəsulunun  sünnətini  bir  yerə  toplamaq  üçün  ölkə-ölkə  dolaşan 
insanların  sadəcə  hədis  əhlindən  olduğunu  görürük.  Onlar 
hədisləri  qaynaqlarından  aldılar.  Onları  əzbərləyərək  də  qorumuş 
oldular.  Sünnətlə iftixar  edib ona uymağa  dəvət etdilər.  Ona  zidd 
hərəkət  edənləri  isə  ayıbladılar.  Beləcə  hədis  onların  qeyrəti  ilə 
qorundu və onlar da bu adla məşhur oldular»
388

 
124.  Qudeyf  İbn  əl-Həris  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bir 
bidət ortaya çıxan kimi mütləq sünnədən o, qədəri tərk edilir»
389

 
125.  İmam  Məlik  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «(Bidət 
fikirlərinə)  dəvət  edən  Qədəriyyə,  Xəvariclər  və  Rafizilərin 
şahidliyi caiz deyildir»
390

 
126.  Sələflər  deyirlər  ki:  «İslamın  ayağı  yalnız  təslimiyyət 
körpüsü üzərində sağlam olar»
391

 
127.  İmam  Şafii  – rahmətullahi aleyhi –  deyir  ki:  «Mən Allaha  və 
Allahın  muradı  üzərə  Allahdan  gələnlərə,  Rəsulullah  və 
Rəsulullahın muradı üzərə Rəsulullahdan gələnlərə iman etdim»
392

 
128. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Kəlam bir elm 
olsaydı  əshab  və  tabiin  də  əhkam  haqqında  danışdıqları  kimi  o, 
haqda  da  danışardılar.  Lakin  bu  bir  batilə  dəlalət  edən  bir 
batildir»
393

 
129. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir nəfər 
ətrafında  toplanmış  olduğunuz  halda  sizin  birliyinizi  pozmaq 
                                                
388
 Huccətu fi Bəyani Məhiccə s. 166-167.  
389
 İbn Batta «Şərhu əl-İbanə» səh 143.  
390
 Kadi İyad «Tərtibul Mədarik» 2/47.  
391
 Bəğavi «Şəhu Sunnə» 1/171.  
392
 İbn Qudamə əl-Məqdisi «Lumatul Etiqadi İlə Səbilir Rəşad».  
393
 Bəğavi «Şərhu Sunnə».  

 
223 
istəyərək 
cəmaatınızı 
dağıtmaq 
istəyərək 
gələn 
kimsəni 
öldürün»
394
.  
 
130.  Muhəmməd  Sirini  –  rahmətullahi  aleyhi  –,  İmam  Məlik  – 
rahmətullahi  aleyhi  –,  Əmirul  Muminin  Əli  İbn  Əbu  Talib  
radıyallahu anhu – deyir: «Bu elmi kimdən öyrəndiyinizə fikir verin, 
çünki bu elm dinin özüdür»
395
. İbn Ömər - radıyallahu anhu – deyir 
ki: “Din sənindir! Din sənindir! Həqiqətən sənin qanın və canındır. 
Kimdən götürdüyünə diqqət et!”
396

 
 
131.  İbn  Ömər  –  radıyallahu  anhu  –  məsciddə  oturduğu  vaxt 
Şamlı  bir  nəfər  gələrək  ondan  Təməttu  həcci  barəsində  soruşdu. 
İbn  Ömər:  «Gözəldir,  xoşdur»  deyə  cavab  verdi.  Adam:  «Lakin 
sənin  atan  bunu  qadağan  etmişdir»  dedi.  İbn  Ömər:  «Vay  sənin 
halına!  Atam  bunu  qadağan  etmiş  ola  bilir.  Lakin  Peyğəmbər  
sallallahu  aleyhi  və  səlləm  –  belə  etmiş  və  bunu  əmr  etmişdir.  Sən 
atamın sözünü götürəcəksən yoxsa Peyğəmbər - sallallahu aleyhi və 
səlləm  –  in  əmrinə  tabe  olursan?»  dedi.  Adam:  «Peyğəmbər  
sallallahu aleyhi və səlləm – in əmrinə tabe oluram» dedi. İbn Ömər: 
«Qalx get!» dedi
397
.  
 
132. İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Təqlidi ancaq 
başı çatışmayan kimsələr edər»
398
.  
 
133. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Heç kimsə dinində 
başqa  bir  kimsəni  təqlid  etməsin. Çünki  əgər o iman  edərsə o,  da 
iman edər, küfrə girərsə o, da küfrə girər»
399
.  
                                                
394
 əl-Albani «Səhihul Cəmi» 5820.  
395
 əl-Xatib «əl-Kifayə fi İlmir Rivayə» s 196.  
396
 əl-Xatib “əl-Kifayə” 121.  
397
 Tahavi  «Şərhu  Mənail  Asar»  1/372,  Əbu  Yala  «Musnəd»  3/1317,  Əhməd  5700,  Tirmizi 
2/82.  
398
 İbn Abidin «Rəsmul Muftu, Məcmuatur Rəsail» 1/32.  
399
 Əbu Nuaym «Hilyətul Övliya» 1/136. 

 
224 
 
134.  İbn  Məsud  –  radıyallahu  anhu  –  deyir  ki:  «Bu  dünyada  ya 
müəllim  ol, ya  da  tələbə.  Bu  ikisi  arasında üçüncü  (təqlidçi)  olma 
yoxsa məhv olarsan»
400
.  
 
135.  Sufyan  İbn  Uyeynə  –  rahmətullahi  aleyhi  –  deyir  ki,  Rabia 
başı  örtülü  halda  yanımda  uzanaraq  ağlayırdı.  Ona:  «Nəyə  görə 
ağlayırsan?»  deyə  soruşduqda.  O:  «Məni  ağladan  açıq  riya,  gizli 
şəhvətdir. İnsanlar alimlərin yanında analarının qucağındakı körpə 
uşaqlar kimidirlər. Onlar nəyi qadağan edərlərsə ondan əl çəkərlər, 
nəyi də əmr edərlərsə onu da yerinə yetirərlər»
401
.  
 
136.  Abdulah  İbn  Muhəmməd  əl-Mutəz  deyir  ki:  «Güdülən 
heyvanla təqlid edilən insan arasında heç bir fərq yoxdur»
402
.  
 
137. Mucahid İbn Cəbr deyir ki: «Allahın qullarından kim olursa 
olsun  sözü  alınır  da,  tərk  də  edilir.  Yalnız  Peyğəmbər  -  sallallahu 
aleyhi və səlləm – müstəsna»
403

 
138. İmam Şəfii - rahmətullahi aleyhi -, Hafs əl-Fard ilə münaqişə 
zamanı  dedi:  “Allaha  and  olsun!  İnsanları  əhf  qəbul  etdikləri  bir 
fətvanı alim üçün vermək daha yaxşıdır nəinki, elə bir söz söyləsin 
ki, ondan sonra  kafir adlandırsınlar.  Vallahi!  Kəlam  və  kəlam əhli 
qədər nifrət etdiyim bir şey yoxdur”. Sufyan əs-Sovri - rahmətullahi 
aleyhi  -  deyir  ki:  “Kim  bir  bidət  brəsində  eşidərsə  onu  insanlara 
danışmamalı və onların qəlblərinə salmamalıdır”
404
.  
 
139. İbn Teymiyyə - rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən də 
insanlar  Allahın  dininə  bidətləri  faydalı  görüb  salmışlar,  əgər 
                                                
400
 İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh» 2/983.  
401
 İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh» 2/984. 
402
 İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh» 2/988.  
403
 İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh» 2/989. 
404
 Bəğavi “Şərh Sunnə” 1/227.  

 
225 
faydalı  görməsəydilər  heç  br  zaman  bunu  etməzdilər”
405
.  İmam 
Bərbəhari  –  rahmətullahi  aleyhi  –  haqqı  söyləmişdir:  “Əməllərdə 
olan  kiçik  bidətlərdən uzaq olun.  Həqiqətən  kiçik  bidətlər  artaraq 
böyük  olar.  Bu  ümmətə  daxil  olan  hər  bir  bidət  başlanğıcda  kiçik 
və  haqqa  bənzər  idi.  Bu  bidətlərdə  böyüyərək  (insanların)  əməl 
etdikləri  dinə  çevrildi”
406
.  İmam  Şatibi  -  rahmətullahi  aleyhi  -  deyir 
ki: “Hər bir bidət əhli ibadətdə həris olmağı artırır. Məgər sən kilsə 
əhli  olan  keşişlri  görməmisən.  Onlar  hər  cür  ləzzətdən  imtina 
edərək  ibadətdə  hərisdirlər.  Lakin  buna  baxmayaraq  bu  keşişlər 
əbədi olaraq oddadırlar”
407
.  
 
140. İmam Əvzai – rahmətullahi aleyhi – deyir ki: “Əgər bidətlər 
yayılsa  və  elm  əhli  buna  qarşı  danışmayıb  sussa  bu  zaman 
bidətlərdən  Sünnə  edilər”
408
.  İmam  Əhməd  – rahmətullahi  aleyhi  –
Həris  əl-Muhasabi  haqqında  deyir  ki:  “Qoy  onun  yumşaqlıq  və 
mülayimliyi (səmimiyyəti) sizləri zəlalətə aparmasın. Çünki o, çox 
pis bir insandır. Məgər sizlər hər Peyğəmbərin - sallallahu aleyhi və 
səlləm – hədisini danışan bidət əhli ilə oturub-duracaqsınız”
409
. İbn 
Bazz – rahmətullahi aleyhi – deyir ki: “Əgər Əhli Sünnə sussa, Quran 
və Sünnəyə müxalif olanların səhflərini söyləməsə bu zaman onlar 
qəzəbə  gəlmiş  Yəhudilərə  və  azmış  Xristianlara  oxşayarlar”
410

İmam Əhmədin – rahmətullahi aleyhi – oğlu Abdullah deyir ki: “Bir 
gün  Əbu  Turab  atamın  yanına  gəldi.  Atam:  Filan  ravi  etibarlı 
deyildir,  filan  ravi  isə  etibarlıdır”  dedi.  Əbu  Turab:  “Ey  Şeyx! 
Alimlər barəsində qeybət etmə!” dedi. Atam: “Vay sənə! Bu qeybət 
deyil,  öyüddür”  dedi
411
.  Əbu  Şama  – rahmətullahi aleyhi  – deyir  ki: 
“Əksər  vaxtı  insanların  bidətə  düşmələrinə  səbəb  hər  hansına  bir 
                                                
405
 “Məcmuul Fətava” 11/344.  
406
 “Şərh Sunnə” 61.  
407
 “İtisam” 1/165.  
408
 “Şərifu Əshəbil Hədis” 19.  
409
 “Tabaqatul Hənəbilə” 1/233.
 
 
410
 “əl-Fətava” 3/72.  
411
 “Tarixul Bağdadi” 12/316.  

 
226 
kimsəni təqvalı və elmili saymalarına görədir. Halbuki o, kimsə heç 
də belə deyildir. 
Onun söz və əməllərinə baxaraq onun etdiklərini və 
dediklərini sözləyər bununla da öz əməllərini puç edərlər”
412

 
 
141.  Bir  Sufi,  İbn  Mubaraka  –  rahmətullahi  aleyhi  –  deyir:  “Sən 
qeybət  edirsən”.  İmam:  “Sus!  Əgər  biz  açıqlamasaq  bu  zaman 
haradan  bilərik  batil  və  haqq  haradadır”
413
.  İmam  Əhməddən  – 
rahmətullahi aleyhi – soruşurlar: “Sənin üçün daha üstün hansıdır  – 
insan  namaz  qılsın,  oruc  tutsun  və  etiqaf  etsin  və  ya  bidətlərdən 
(bidətçilərdən)  çəkindirsin?”.  İmam:  “İnsan  namaz  qıldıqda,  oruc 
tutduqda  və  etiqaf  etdikdə  bunu  özü  üçün  edir.  Lakin  bir  kimsə 
bidətlərdən  çəkindirdiyi  zaman  bu  müsəlmanlar  üçündür  və  bu 
daha  üstündür”
414
.  Buxari  və  Muslimin  –  rahmətullahi  aleyhi  – 
müəllimi,  Yəhyə  İbn  Yəhyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 
“Sünnəni  qorumaq  Allah  yolundan  Cihaddan  daha  yaxşıdır”. 
Ondan:  “İnsan  malını  Allah  yolunda  sərf  edir,  özünü  əziyyətə 
salaraq  döyüşürsə  digəri  bundan  üstündür?”.  İmam:  “Bəli”  deyə 
cavab  verdi
415
.  Buxarinin  –  rahmətullahi  aleyhi  –  müəllimi,  İmam 
Humeydi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Allaha  and  olsun 
Peyğəmbərin  – sallallahu aleyhi və səlləm –  bir hədisini  inkar  edənlə 
döyüşməyim mənim üçün kafirlə döyüşməkdən daha üstündü”
416

İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlini rdd edən 
(onlarla döyüşən) Mucahiddir”
417
.  
 
Son Söz 
 
Bunlar Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin imamlarından olan 
bəzilərinin  söylədikləri  sözlərdir.  Qeyd  olanlardan  aydın  oldu  ki, 
                                                
412
 “əl-Mərifə Vət Tarix” 1/670.  
413
 “əl-Kifayə” 1/45.  
414
 “Məcmuul Fətava” 28/231.  
415
 ”Zammul Kalam” 111.  
416
 “əl-Hərəvi” 1/228.  
417
 “Naqdul Mantiq” 12.
 
 

 
227 
dörd  imam  və  digər  Sələf  imamlarının  etiqadları  eyni  olmuşdur. 
Yalnız  iman  məsələsində  İmam  Əbu  Hənifə  – rahmətullahi aleyhi  – 
onu  bu  cür  açıqlamışdır  ki,  bu  da  onu  digər  imamlardan 
fərqləndirmişdir. Lakin deyilir ki, İmam sonralar bu görüşündən əl 
çəkmişdir.  İnsanlar  arasında  ümmətlərinin  ən  çox  xeyrini  istəyən, 
ümmətlərinə ən çox xeyirləri toxunan, onların nə ilə düzəldiklərini, 
harada  hidayət  tapacaqlarını  ən  yaxşı  bilənlər  onlardır.  Onlar 
Allahın  Kitabı  və  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 
sünnətinə  sımsıxı  sarılmağı  tövsiyə  edən,  sonradan  ortaya  çıxmış 
işlərdən bidətlərdən çəkindirməkdə, Peyğəmbərin – sallallahu aleyhi 
və  səlləm  –  onlara  xəbər  verdiyi  şəkildə  qurtuluş  yolunu 
bildirməkdədirlər.  Bu  yol  isə  Peyğəmbərin  –  sallallahu  aleyhi  və 
səlləm – sünnətinə və hidayətinə sımsıxı yapışmaqdır. Allah bizi də 
onlardan etsin. Amin!  
Müsülman qardaş və bacılarım! Allah bizi də sizi də doğru yola 
yönəltsin. Bunu da bilin ki, Allahın kitabı, Peyğəmbərin – sallallahu 
aleyhi  və  səlləm  –  Sünnəti  və  Səhabələrin  anlayışından  başqa  bir 
yerdə hidayəti axtaran yaxud Allahın qoyduğu şəriətdən başqa bir 
şəriət  ortaya  çıxardan  kimsə,  heç  şübhəsiz  ki,  açıq  bir  azğınlıq 
içindədir,  doğru  yoldan  uzaqdır,  möminlərin  izlədikləri  yoldan 
başqa  bir  yolu  izləməkdədir.  İmama  Məlik  -  rahmətullahi  aleyhi  – 
deyir  ki:  «Dinin  ən  xeyrli  olanı  sünnət  olanıdır,  ən  pis  işlər  isə 
sonradan ortaya çıxmış bidətlərdir
418

Müsəlmanların  birlik  olmalarının  yolu  əqidə  birliyindən 
keçdiyində  heç  bir  şəkk-şübhə  yoxdur.  Tərtəmiz  əqidə  isə  bu 
ümmətin sələfi olan ilk nəslin inandığı əsaslardır. Uca Allahın bizə 
bağlanmağı  əmr  etmiş  olduğu  doğru  yol  və  sağa-sola  sapmayan 
yol  budur.  «Bu  şübhəsiz  ki,  mənim  doğru  yolumdur.  Onu  tutub 
gedin.  Sizi  Allahın  yolundan  sapdıracaq  yollara  uymayın.  Allah 
bunları  sizə  tövsiyə  etdi  ki,  bəlkə  pis  əməllərdən  çəkinəsiz».  (əl-
Ənam 153).  
                                                
418
 İmam Şatibi «əl-İtisam».  

 
228 
Allah  –  subhənəhu  və  təalə  –  dən  Sələfi  Salihin  yolunu  bizə 
göstərdiyi  kimi  bizi  də  onlardan  etməsini,  yaratdıqlarının  ən 
xeyirlisi  olan  Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  –  ilə  birlikdə 
Qiyamət  günü  həşr  etməsini,  bizi  hidayətə  yönəltdikdən  sonra 
qəlbimizi  saptırmamasını,  onun  yolunda  çalışan  Muvahhid  və 
saleh  qullarından  etməsini  diləyirəm.  Allahdan  bu  kitabı 
müsəlmanlar üçün xeyirli və bərəkətli olmasını diləyrəm, Allahdan 
diləyirəm  ki,  bu  kitab  müsəlmanların  bir  etiqad  üzərində 
birləşməsinə səbəb olsun!  Vəkil olaraq Allah biz kifayətdir! O, hər 
şeyi eşidən və duaları qəbul edəndir. Həmd olsun Aləmlərin Rəbbi 
olan Allaha!  
 
İstifadə Olunan Ədəbiyyat 
 
“Əbu Henifenin Beş Eseri” Mustafa Öz 2 Mayis 1981 Bağlarbaşi-
Istanbul  Marmara  Üniversitesi  Ilahiyat  Fakültesi  Vakfi  Yayinlari 
nu:49 
“Dört İmamın İtikatları Aynıdır”  dr. Nasır Abdullah El- Kıffari 
Kitabın  Orjinal  Adı  Usulu’ddin  İnde  Eimmeti’l  Erbaa  Vahidetun 
Tercüme Oktay Yılmaz 
“Dört  Mezheb  İmamının  İtikadı”  Tercüme  Muhammed  Emin 
Akın,  Muhammed  İbn  Abdurrahman  El-Humeyyis,  Guraba 
Yayınları.  
“Selef  İmamlarının  Akidesi  -  İtiqadu  Əimmətis  Sələf”, 
Muhammed  El-Humeyyis,  Çeviren  M.  Beşir  Eryarsoy,  Guraba 
Yayınları.  
“Вероубеждение  Четырех  Имамов  Абу  Ханифы,  Малика, 
Аш-Шафии  И  Ахмада”  Мухаммад  Бин  ‘Абдуррахман  Аль-
Хумеййис, Перевод С Арабского: Дамир Хайруддин.  

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin