Şəri Təvəssül Və Bidət Təvəssül Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Bir kimsənin Uca
Allaha yalnız Onu vəsilə edərək və yalnız Uca Allahın
buyurduğundan başa düşüldüyü kimi əmr edilmiş və izn verilmiş
şəkildə dua etməsi lazımdır. “Ən gözəl adlar (əsmayi-hüsna)
Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində
küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan
sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk
edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”. (əl-Əraf 180)
55
.
55
“Durrul Muxtar Məa Haşiyəti Rəddil Muxtar” 6/396-397.
61
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Dua edən kimsənin
filankəsin haqqı üçün, və ya Peyğəmbərlərinin, Rəsullarının haqqı
üçün Beytul Haramın və Məşərul Haramın haqqı üçün səndən
diləyirəm deməsi məkruhdur”
56
.
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Hər hansı bir
kimsənin yalnız Allahı vəsilə edərək dua etmsi lazımdır. Bir
kimsənin Sənin Ərşinin izztəti haqqı, məxluqatının haqqı üçün
deməsini məkruh görürəm”
57
.
Allahı İsim və Sifətləri Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Hər hansı bir kimsə
Allahın zatı haqqında özündən bir şeylər söyləməsi düzgün
deyildir. Əksinə o, Allahı özünü vəsf etdiyi vəsflərlə vəsf edər.
Özündən Onun haqqında heç bir şeylər söyləməz. Aləmlərin Rəbbi
olan Allah bundan Uca və Böyükdür”
58
.
Əbu Hənifədən: “Uca Allah (dünya səmasına) nazil olması (ən-
Nuzul) barəsində - sual verildikdə o: “O, necəliyi (barəsində sual
verilmədən) bizə bilinməyən bir şəkildə” deyə cavab vermişdir
59
.
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Allahı insanlara aid
hər hansı bir özəlliklə vəsf edən (oxşadan) bir kimsə kafir olar”
60
.
Əbu Hənifədən: “İbadət etdiyin İlahın haradadır? Deyə soruşan
bir qadına bu cavabı vermişdir: «Allah səmadadır, yerdə deyil».
56
“Şərh Əqidətul Təhaviyyə” s. 234, “İthaafus Saadətil Muttəqin” 2/285, Aliyyul Qari “Şərh
Fiqhul Əkbər” s. 198.
57
“Təvəssul vəl Vəsilə” s. 82, “Şərh Fiqhul Əkbər” s. 198.
58
“Şərh Əqidətul Təhaviyyə” 2/427, “Cəlaul Ayneyn” s. 368.
59
“Əqiətus Sələf Əshəbul Hədis” s. 42. Beyhəqi “Sifət” s. 456, “Şərh Əqidətul Təhaviyyə” s.
245, Qari “Şərh Fiqhul Əkbər” s. 60.
60
“Əqidətul Təhaviyyə” əl-Albani s. 25.
62
Bəs Allah: «Siz harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə
deyirsən?» sualına isə belə cavab verdi. «Bu sənin bir kimsəyə
məktub yazıb mən səninlə bərabərəm deməyin kimidir. Halbuki
sən onun yanında deyilsən»
61
.
Səhabələr Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - səhabələr barəsində deyir ki:
“Onlardan hər hansı birinin Rəsulullah ilə birlikdə keçirdiyi bir an
(saat) belə, bizdən hər hansı bir kimsənin nə qədər uzun olursa
olsun ömür boyu əməlindən daha xeyirliir”
62
.
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Rəslullahdan –
sallallahu aleyhi və səlləm - sonra insanların ən fəzilətlisi Əbu Bəkr,
Ömər, Osman və Əlidir. Ayrıca Peyğəmbrin bütün səhabələri
haqqında onları xeyirlə yad etməkdən başqa bir şeylər
söyləmərik”
63
.
61
Beyhəqi «əl-Əsma və əs-Sifət» 429, 2/170, Zəhəbi « Müxtəsər Uluv» s. 135.
62
Məkki “Mənakibu Əbu Hənifə” s. 76.
63
“Nurul Lami” 119.
63
Kəlam Barəsində Sözləri
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Bəsrədə həva
(bidət) sahibləri çoxdur. Oraya iyirmiyə yaxın dəfə girib çıxdım.
Kimi zaman bir il, kimi zaman da daha çox və daha az qaldım. O,
Zamanlar kəlam elminin elimlrin ən üstünü olduğunu zənn
edirdim”
64
.
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Allah Amr İbn
Ubeydə lənət etsin. Çünki o, isanlar üçün heç bir faydası olmayan
kəlam elminə gedən yolu açmışdır”
65
.
Bir nəfər İmama: “İnsanların əl-Araz (bir şeyin təsadüfi, keçici,
müvəqqəti, əhəmiyyətsiz xassəsi) və Cisimlər haqqında sonradan
ortaya atdıqları söz və açıqlamalar haqqında nə deyirsən?”. İmam:
“Bunlar fəlsəfəçilərin görüşüdür. Sən rəvayətlərə (hədislərə) və
Sələfin yoluna tabe ol. Sonradan ortaya çıxarılmış hər bir şeydən
uzaq dur. Çünki sonradan çıxarılanlar bidətdir”
66
.
Əbu Hənifə - rahmətullahi aleyhi -, Əbu Yusuf - rahmətullahi aleyhi
- deyir ki: “Dinin əsasları ilə bağlı məsələlərdə insanlarla Kəlam
əsaslarına görə nə badə danışasan. Çünki onlar səni təqlid edən bir
topluluqdur. O, Təqdirdə onlar da kəlamla məşğul olurlar”
67
.
Əbu Hənifə - rahmətullahi aleyhi - oğlu Həmmada - rahmətullahi
aleyhi - dedi ki: “Bir gün atam yanma gəldi. Yanımda kəlam ilə
məşğul olan bir toplum adam da vardı. Bu vaxtı bir məsələ
barəsində mübahisə edirdik. Mübahisə əsnasında səsimizi
qaldırdıq. Onun evdə olduğunu bildikdə yanına çıxdım. Mənə: “Ey
64
əl-Kürdi “ Mənakibu Əbu Hənifə” s. 137.
65
əl-Hərəvi “Zəmmul Kəlam” s. 28-31.
66
əl-Hərəvi “Zəmmul Kəlam” vr. 194 b.
67
əl-Məkki “Mənakibu Əbu Hənifə” s. 183-184.
64
oğlum! Yanında kimlər var?” deyə soruşdu. Mən: “Filan, filan və
filan deyərək yanımda olanların adlarını dedim”. Nə barədə
danışırsınız. Filan məsələ barəsində danışırıq – dedim. O: “Ey
Həmmad! Kəlamı burax” dedi. Mən: “Mən atamın işləri bir-birinə
qarışdırdığını görmədiyim kimi (yəni: öz sözlərinə müxalif
olduğunu), bir işi əmr edib sonra da o işi qadağan etdiyini də
görməmişdim”. Mən: “Ata, sən bundan öncə mənə kəlam ilə
məşğul olmağı əmr etmirdinmi?”. O: “Bəli, lakin bu gün mən sənə
kəlam ilə məşğul olmağı qadağan edirəm”. Mən: “Nə üçün?”
dedim. O: “Övladım kəlam məsələləri barəsində ixtilafa
düşdüyünü gördüyün bu kimsələr bir görüş ətrafında birləşmiş və
tək bir din üzərə idilər. Nəhayət şeytan onları bir-birilərindən
uzaqlaşdırdı, aralarına düşmənçiliyi və ayrılığı saldı, onlar da
sonunda ayrılığa düşdülər”
68
.
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Mən müşahidə
etdim ki, kəlam əhlinin ardıcılları sərtləşmiş və kobudurlar. Quran
və Sünnədən uzaqlaşmalarına iki barmaq arası baxardılar və buna
görə də əxlaq və təqvadan məhrum oldular”
69
.
Təqlid Barəsində Sözləri
İmam Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih
olduğu zaman mənim görüşüm odur»
70
.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Haradan aldığımızı
bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz»
71
.
68
əl-Məkki “Mənakibu Əbu Hənifə” s. 373.
69
İmam Zəhəbi “Siyer” 6/399.
70
İbn Abbidin «Haşiyə» 1/63, «Rəsmul Muftu, Məcmuatur Rəsail» 1/4.
71
İbn Abdil Bərr «İntiqa fi Fəzailil Səlasətil Əimmətil Fuqaha» səh. 145, İbn Qeyyim «İlamul
Muvakkin» 2/309, İbn Abidin «Haşiyə» 6/293, Rəsmul Muftu s. 29-32, Şarani «Mizən» 1/55.
65
Əbu Hənifə – rahmətullahi aleyhi –deyir ki: «Dayandığım dəlili
bilmədikcə mənim görüşüm ilə fətva vermək haramdır. Biz bir
insanıq. Bu gün bir söz deyirik, sabah isə ondan əl çəkirik».
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Ey Yaqub! Məndən
hər eşitdiyini yazma. Çünki mən bu gün bir görüşü mənimsəyib,
səhəri isə onu tərk edə bilərəm. Sabah bir görüş sahibi oluram, o
biri gün isə onu da tərk edə bilərəm»
72
.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Allahın Kitabı və
Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim
görüşümü tərk edin»
73
.
Abu Amr AbdurRahman İbn Amr Əl-Əvzai
- rahmətullahi aleyhi -
İmam Nəvəvi “Təhzib” AbdurRahman İbn Mehdidən rəvayət
edir ki: “Hədisdə İmam kişilər dörddür: “Əvzai, Məlik, Sufyan əs-
Sovri və Həmməd İbn Zeyd”. H. 88-də düyaya gəlmiş, H. 157-də
dünyasını dəyişmişdir
74
.
Lələkai - rahmətullahi aleyhi - deyir ki, bizə Həsən İbn Osman
xəbər verdi ki: Bizə Əhməd İbn Hamdan xəbər verdi ki: Bizə Bişr
İbn Musa xəbər verdi ki: Bizə Muaviyə İbn Amr xəbər verdi ki:
Bizə Əbu İshaq xəbər verdi ki: əl-Əvzaidən soruşdum o, da belə
dedi: “Sən Sünnət üzərində sabit ol. Sünnət sahiblərinin durduğu
yerdə sən də dur. Onların dediklərini danış. Onların haqqında
danışmadıqları məsələlərdə sən də danışma. Səndən öncəki Saleh
Sələfin yolunu izlə. Çünki onlara bəs edən sənə də bəs edər”
75
. Sam
(Suriyə) əhalisi bu bidətdən – Quranın məxluq olması - xəbərsiz
72
Şarani «Mizən» 1/55, Əbul Həsənət «Nafiul Kəbir» s. 135.
73
Şarani «Mizən» 1/26.
74
“Şəzəratuz Zəhəbi” 1/241-242.
75
Lələkai “Şərhu İtiqadi Əhli Sunnə Vəl Cəmaa” 2/174.
66
idilər. Bu bidəti İraqlılardan bir kimsə gətirərək (insanlar) arasında
yaydı. Halbuki Şamın fuqahası və alimləri bu görüşlərini rədd edib
cavab vermişlər. Bununla belə Şam əhalisinin bir qrup kimsələrinin
qəlblərində bu bidət yer tutdu. Bu bidət dillərinə şirin gəldi və
nəhayət bu məsələdə başqaları ixtilafa düşdükləri kimi olar da
ixtilafa düşdülər. Əgər bu bir xeyir olsydı sizin Sələfləriniz dura-
dura bu özəl olaraq sizə verilməzdi. Çünki onlar Uca Allahın
seçdiyi Peyğəmbərinin – sallallahu aleyhi və səlləm - səhabələridir.
Peyğəmbərini – sallallahu aleyhi və səlləm - oların arasından seçib
göndərdi və onları müəyyən bir xüsusiyyətlə qiymətləndirərək
buyurdu: “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir.
Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə
(öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku
edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən.
Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar
üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar).
Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə
bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-
qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə
qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi)
kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı
əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və
böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”. (əl-Fəth 29).
Abu Abdullah Sufyan İbn Səid əs-Sovri
- rahmətullahi aleyhi -
Sufyan əs-Sovri - rahmətullahi aleyhi - dövrünün fəqihlərindən-
dir. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “Mənim qəlbimdə
kimsə Sufyanın önünə keçə bilməz”. Şöbə, Yəhyə İbn Məin -
67
rahmətullahi aleyhi - və s. Demişlər ki: “Sufyan hədisdə möminlərin
əmiridir”. Bəsrədə H. 161-ci il 66 yaşında dünyasını dəyişmişdir
76
.
Lələkai - rahmətullahi aleyhi - deyir ki, bizə Muhəmməd İbn
AbdurRahman İbn əl-Abbas xəbər verdi ki: Bizə Əbul Fadl Şuayb
İbn Muhəmməd İbn ər-Rciyan dedi ki: Bizə Əli İbn Hərb əl-Məvsili
dedi ki: Bizə Şuayb İbn Hərb belə deyərkən dinlədim. Mn Sufyan
əs-Sovriyə - rahmətullahi aleyhi - dedim ki: “Mənə Sünnətə uyğun
bəzi şeylər söylə ki, Əziz və Cəlil olan Allah onunla məni
faydalandırsın. Mən Uca və Böyük olan Allahın hüzurunda
durduğum zaman O mənə: “Sən bunu haradan öyrəndin?” deyə
soruşarsa mən: “Rəbbim, mənə bu hədisi Sufyan əs-Sovri -
rahmətullahi aleyhi - nəql etdi və mən onu ondan öyrəndim deyim
və qurtulum. Mənə görə cavabdeh sən olasan”. Sufyan -
rahmətullahi aleyhi - dedi ki: “Ey Şuayb! Bu ağır, həm də nə ağır bir
istəkdir”. Yaz: “Rahmən və Rahim olan Allahın adı ilə! Quran
Allahın kəlamıdır, məxluq deyildir. Ondan gəldi, Ona da
dönəcəkdir. Kim bundan başqa bir söz söyləyərsə o, kafirdir. İman
– söz, əməl və niyyətdir. Artar və əskilər. İtaətlə artar, asiliklərlə
azalar. Əməl olmadan sözün dəyəri olmaz. Söz və əməldə yalnız
niyyətlə dəyər tapar. Sözün, əməlin və niyyətin də caiz olması
yalnız sünnətə uyğun olması ilə dəyər tapar”. Şuayb dedi: “Ey
Abdullahın atası, sünnətə uyğunluq nə deməkdir?”. O: “İki şeyxi –
Əbu Bəkr və Öməri – radıyallahu anhum - önə keçirməkdir. Ey
Şuayb! Osman və Əlini – radıyallahu anhum - onlardan sonra
gələnlərdən önə keçirmədikcə yazdıqlarının sənə faydası olmaz. Ey
Şuayb İbn Hərb! Rəsulullahın – sallallahu aleyhi və səlləm - Cənnətlik
olduqlarına şahidlik etdiyi, hamısı da Qureyşdən olan on nəfər
müstəsna hər hansı bir kimsə Cənnətlik və ya Cəhənnəmlik
olduğuna şahidlik etməyi tərk etmədikcə sənə yazdırdıqlarımın
faydası olmaz. Ey Şuayb İbn Hərb! (ayaqlarını) ayaqqabıdan
çıxarmadan üzərinə məsh etməyi, ayaqlarını yumaqdan daha
uyğun görmədiyin müddətdə yazdırdıqlarımın sənə faydası
76
“Şəzəratuz Zəhəbi” 1/250.
68
olmaz. Ey Şuayb İbn Hərb! Namazda “Bismilləhir Rahmənir
Rahimi” gizli oxumağı açıqdan oxumaqdan daha üstün
görmədikcə yazdırdıqlarımın sənə faydası olmaz. Ey Şuayb İbn
Hərb! Xeyriylə şəriylə, acısı və şirini ilə qədərə və hamısının
Allahdan gəldiyinə iman etmədiyin müddətdə yazdırdılarımın
sənə faydası olmaz. Ey Şuayb İbn Hərb! Allaha and olsun ki,
Qədəriyyənin söylədiklərini Allah da söyləməmiş, mələklər də
söyləməmiş, Peyğəmbərlər də söyləməmiş, (Cənnət əhli də
söyləməmiş), Cəhənnəm əhli də söyləməmiş, onların qardaşları
olan lənətlik İblis də söyləməmişdir. Allah: “(Ya Peyğəmbər!)
Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ
yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan
çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi
kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala
bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr
edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin
cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola
bilməz!)”. (əl-Casiyə 23). “Amma Allah istəməyincə, siz istəyə
bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!”. (İnsan 30).
Mələklər: “Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və
nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç
bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, -
dedilər". (əl-Bəqərə 32). Nuh: “Əgər Allah sizi (haqq yoldan)
sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək
istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun
hüzuruna qaytarılacaqsınız!". (Hud 34). Şuayb: “Allah bizi sizin
(batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək,
(sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha
qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla
sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə)
hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey
Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən
hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89). Cənnət əhli: “Biz
69
onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib
çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar
(Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran
Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz
özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin
peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə
görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir".
(əl-Əraf 43). Cəhənnəm əhli: “Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil
taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan
azan bir camaat olduq!”. (əl-Muminun 106). Qardaşları İblis: “İblis
dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə...”. (əl-Hicr
39). Ey Şueyb! Yaxşı və günahkar hər bir kəsin arxasında namazın
səhih olduğuna, cihadın Qiyamətə qədər davam edəcəyinə, istər
zalım, istər adil olan hər bir əmirin bayrağı altında səbr etməyi
uyğun görmədiyin müddətdə yazdıqrdıqlarımın sənə faydası
olmaz. Şueyb: “Ey Əbu Abdullah! Bütün namazlar üçün (bunu
deyirsən)” dedim. O: “Xeyr, yalnız Cümə və iki bayram namazı
üçün bunu deyirəm. Bu namazları kimin arxasına yetişsən qıl.
Bunlardan başqa qalan namazlara gəldikdə isə sən azadsan. Yalnız
güvəndiyin və Əhli Sünnə vəl Cəmaatdan olduğunu bildiyin
kimsələrin arxasında qıl. Ey Şueyb! Əziz və Cəlil olan Allahın
hüzurunda durduğun zaman səndən bu sözlər barəsində
soruşarsa: Rəbbim! Bu sözləri mənə Sufyan söylədi de! Sonra da
məni Rəbbimlə tək burax!”.
Məlik İbn Ənəs
- rahmətullahi aleyhi -
Əbu Abdullah Məlik İbn Ənəs İbn Məlik İbn Əbu Amir əl-
Əsbahi. Dörd imamdan biridir. İmam, Hafiz, ümmətin fəqihi,
Şeyxulİslam, Hicrət yurdunun imamı H. 93/711-cü ildə Mədinə
şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən Yəmənli olub, babası Zu
Əsbəh qəbiləsinə mənsub olan Məlik b. Əbu Amr əl-Əsbəhi Yəmən
70
vəlisindən aldığı zülmə dözməyərək Mədinəyə hicrət edir. Anası
da Yəməndən olan Əzd qəbiləsindəndir. Aliyə İbn Şureyk əl-
Əzddir. Babası Məlik İbn Əbu Amr Tabiinlərin böyüklərindən olub
Ömər, Osman, Təlhə və Aişə - Allah onlardan razı olsun - hədis
rəvayət etmişdir. Mədinənin böyük və məşhur alimlərindən
sayılan Rabia İbn Abdurrahmanın dərslərində iştirak etmişdir.
Ayrıca İmam Məlik, Cəfər Sadiqin dərslərini heç bir zaman
qaçırmazdı. O, deyərdi: «Dəstəmazı olmadan hədis rəvayət etməz,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – adı xatırlandığında üzü
saralardı». Tam yetişdikdən sonra məsciddə dərs verməyə
başlamışdır. O, deyərdi: «Hər kəs məsciddə oturub dərs verməz.
Alimlərdən 70 nəfərin məni hazır görməsinə qədər mən dərs və
fətva verməkdən çəkindim». Dərslərini Məscidul Nəbəvidə
verməyə başlamışdır. Sonralar isə xəstələndiyi üçün dərslərini
evində deyərdi. Bu xəstəliyini hər bir zaman hər kəsdən gizlədirdi.
Xəstəliyi ağırlaşıb vəfat edəcəyini başa düşdüyü zaman gizlətdiyi
xəstəliyini və gizlətmə səbəbini dostlarına belə bəyan etmişdir:
«Əgər həyatımın son günləri olmasaydı sizə bildirməzdim. Məni
xəstəliyim sidiyi saxlayamamağımdır. Peyğəmbərin – sallallahu
aleyhi və səlləm – məscidinə tam dəstəmazlı olmadan gəlmək
istəmədim. Rəbbimə şikayət olmasın deyə xəstəliyimi də kimsəyə
demədim». Həm Əməvilərin, həm də Abbasilərin hakimiyyəti
illərində yaşamış və bir çox işkəncələrə də məruz qalmışdır. İmam
Şafii - rahmətullahi aleyhi - onun haqqında demişdir: «Məlik, Allahın
tabiinlərdən sonra ümmətinə hüccət olaraq göndərdiyi bir
insandır». 900 yaxın alimlərdən dərs almış. Müəllimlərindən İbn
Ömərin köləsi Nəfi, Abdurahman İbn Hurmuz, Muhəmməd İbn
Müslim İbn Şihab əz-Zuhri, Yəhyə İbn Səid və s. Tələbələrindən
Muhəmməd əş-Şafii olmuşdur. əl-Muvatta əsərinin müəllifidir. H.
179/795-cu ildə Rəbiul Əvvəl ayının 14 Mədinə də dünyasını
dəyişmişdir. Cənnətul Bəqi qəbristanlığında dəfn edilmişdir. Bu
uzun ömründə 7 Əməvi, 5 Abbasi xəlifəsi, 30 Mədinə vəlisi
görmüşdür. «Muvatta» – İmam Məlikin zamanında yazılmış
71
kitabların ən yaxşısı və ən çox faydalısı hesab olunur. İmam Şafii -
rahmətullahi aleyhi - deyir ki: «Yer üzündə Allahın kitabından sonra
Məlikin Muvatta əsərindən üstün kitab yoxdur». Çünki İmam
hədis haqqında kitab yazan ilk alimlərdən idi. Bu kitabı
toplamağına səbəb: Xəlifə Mənsur həcc etdiyi zaman İmamın
dərslrində iştirak etmiş və ondan Peyğəmbərdən – sallallahu aleyhi
və səlləm – gələn səhih hədislərin bir yerə cəm edilməsni xahiş
etmişdir. İmam da bu tələbə uyğun olaraq «Muvatta» kitabını
toplayır. Bəzi məlumatlara görə bu kitabı 40 il ərzində toplamışdır.
əl-Əvzai - rahmətullahi aleyhi - Muvatta əsərini 40 günə
əzbərləmişdir. İmam deyir ki: «Mənim 40 il ərzində yazdığım əsəri
Dostları ilə paylaş: |