obyektin statik mənzərəsini açmaq - buraya obyektin strukturu və tipləri aiddir.
obyektin özünü aparma mənzərəsi – buraya proseslər haqqında məlumat və alqoritm aiddir.
dil modelləşdirmə obyekti kimi – şərti modelləşdirmə anlayışı izah olunur. Buraya məntiqi mühakimələr aiddir.
obyektin informasiya modeli – buraya məsələ həlli və modelləşdirmənin üsulları aiddir.
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN V-IX SİNİFLƏRİNDƏ İNFORMATİKA FƏNNİNİN PROQRAMI VƏ FƏNNİN TƏDRİSİNİN MƏQSƏDİ
Təhsilin ümumi orta pilləsində informatika kursunun tədrisinə həftədə 2 saat olmaqla 68 saat və əlavə, praktik məşğələlərdə sinifin quruplara ayrılması üçün, 34 saat nəzərdə tutulurdu. Biz bilirik ki, ibtidai siniflərdə informatika kursu modullar üzrə öyrənilir. Ümumi olaraq ümumi orta təhsil hissəsində kurs modular üzrə tədris olunur. Bu kurs şagirdlərin informatika və informasiya texnologiyası üzrə məcburi minimum hazırlığına dövlət təhsil standartlarının tələbləri əsasında kompüter texnikası ilə təmin olunmuş ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuşdur. Baza kursunun əsas məqsədləri aşağıdakılardır:
informatikanın müasir dünyanın elmi mənzərəsinin formalaşmasında rolunu açmaq, informatika və informasiya texnologiyasının müasir cəmiyyətin inkişafında əhəmiyyətini başa düşməyi təmin etmək;
Dostları ilə paylaş: |