alətlər proqram təminatı;
tədris təminatlı proqram təminatı ( təhsil nazirliyi tərəfindən təsdiq olunmuş proqramlardan istifadə nəzərdə tutulur);
tədris müəssisəsinin nəşriyyat fəaliyyəti üçün lazım olan proqram təminatı.
HESABLAMA TEXNİKASI KABİNETİNDƏ İŞİN TƏŞKİLİ
İnformatika kabinetində işi təşkil etmək üçün direktorun əmri ilə fənn müəllimlərindən biri kabinet müdiri təyin edilir. Kabinet müdiri kabinetdə avadanlıqların qorunub saxlanılmasına və işin təkilinə cavabdehdir. Məktəbin tədris planına uyğun olaraq kabinet müdiri avadanlıqlardan istifadə edilməsinə dair prespektiv plan hazırlayır, kabinetin tədris-əyani vasitələrinin qorunub saxlanılması və artırılması, avadanlıqların daim işlək vəziyyətdə olması, sanitar-gigiyenik qaydalara müntəzəm əməl edilməsi qalır.
Kabinet müdiri hesablama texnikası kabinetində keçiriləcək dərslərin, dərnək, fakultətiv və fərdi qrup məşğələlərinin planlaşdırılması işində iştirak edir. O, müntəzəm olaraq kabinetdə işləyəcək müəllim və şagirdləri təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırır və jurnalda qeydiyyatlar aparır. Təlimatlar iş prosesinə uyğun olaraq qısa və konkret olmalıdır. Aşağıda texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatların aparılması və qeydiyyatı jurnalı verilir:
№
|
Təlimat alanın
soyadı
|
Tarix
|
Təlimat və onun məzmunu
|
Təimat verənin soyadı və vəzifəsi
|
Təlimat verənin imzası
|
Təlimat alanın imzası
|
1
|
Əlizadə Kənan
|
|
|
Əliyev Akif
|
|
|
2
|
Mahmudova Sevinc
|
|
|
Hacıyeva Fatma
|
|
|
Kabinet müdirinin işinə laborant və ya texniki yaxından köməklik göstərir. Laborant hesablama texnikasında işləmək bacarığına malik olmalı, müəllimin proqramına əsasən kabinet müdirinin rəhbərliyi ilə tədris prosesinin aparılmasına uyğun olaraq avadanlıqları dərsin keçilməsi üçün tələb olunan vəziyyətə gətirməlidir.
Dostları ilə paylaş: |