Cədvəl 2.4. Konservləşdirilmiş ədviyyatlı qara zeytunun fiziki- kimyəvi göstəriciləri
-
Göstəricinin adı
|
Norması
|
Konservin etiketdə göstərilən xalis kütləsinə görə zeytunun kütlə payı, %- lə, ən azı
|
60
|
Xloridlərin kütlə payı, %- lə:
sterilizə olunmuş məhsulda
sterilizə olunmamış məhsulda
|
5 – 7
10 – 12
|
Titrlənən turşuların kütlə payı (süd turşusuna görə hesablamaqla) %- lə
|
0,1 – 0,6
|
Mineral qatışıqlar
|
Yol verilmir
|
Bitki mənşəli qatışıqlar
|
Yol verilmir
|
2.8. Konservləşdirilmiş zeytun məhsullarının
zərərlilik göstəriciləri
Konservləşdirilmiş zeytun məhsullarının mikrobioloji göstəriciləri “İstehsalat müəssisələrində, topdansatış bazarlarında, pərakəndə ticarətdə və ictimai iaşə müəssisələrində konservlərə sanitar- texniki nəzarət qaydası üzrə təlimat”- a uyğun olaraq müəyyənləşdirilir.
Konservləşdirilmiş zeytun məhsullarının tərkibində toksiki elementlərin, pestisidlərin və radionuklidlərin miqdarı “Ərzaq xammalı və yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə olan gigiyenik tələblər – SanPin 2.3.2.560 ilə müəyyən edilmiş və 2.4. saylı cədvəldə göstərilmiş yol verilən hədlərdən yüksək olmamalıdır. 25 qr məhsulda patogen mikroorqanizmlərin, o cümlədən salmonellərin olmasına yol verilmir.
Dostları ilə paylaş: |