ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Zeytun yağı xərçəng xəstəliyinin qarşısını alır



Yüklə 1,04 Mb.
səhifə43/65
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#38267
1   ...   39   40   41   42   43   44   45   46   ...   65
HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)

3.8.2. Zeytun yağı xərçəng xəstəliyinin qarşısını alır
«The Archives of İnternal Medicine» jurnalında dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az olduğunu göstərmişdir.

Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apardığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun yağının B-sitosterolun prostat xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələ­rin bölünməməsi əmrini verən hüceyrədaxili xəbər­ləş­mə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyü­məsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına bilə­cəyi nəticəsinə gəliblər.

Oksford Universitetinin həkimləri tərəfindən aparı­lan sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkimlər zeytun yağının bağırsaq xərçən­ginin başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford təd­qi­qatçıları zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO (diamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu da üzə çıxarıblar.



      1. Yüklə 1,04 Mb.

        Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin